SON DƏQİQƏ:

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə qaz təchizatının açılışı olub - FOTO

  14911   |  
Şriftin ölçüsü  

SOCAR-ın prezidenti Dmanisi bələdiyyəsində azərbaycanlılar yaşayan Yırğançay kəndinə qaz təchizatının başlanması mərasimində iştirak edib.

SOCAR-dan Adalet.az-a verilən məlumata əsasən, mərasimdə həmçinin Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, Kvemo-Kartli regionunun qubernatoru Şota Rexviaşvili və digər rəsmi şəxslər iştirak ediblər.

Yırğançay kəndinin qazlaşdırılması nəticəsində 496 yeni abonentin qaz şəbəkəsinə qoşulmasına şərait yaradılıb.

Məlumat verilib ki, Dmanisi bələdiyyəsində ümumilikdə 295 kilometr uzunluğunda qaz boru kəməri inşa edilib, 7 029 abonentin qaz şəbəkəsinə qoşulmasına şərait yaradılıb.

2020-ci ildə burada daha iki kəndin qazlaşdırılması planlaşdırılır. Dmanisi bələdiyyəsi üzrə ümumi qazlaşdırma səviyyəsi 83,1 faiz təşkil edir.

Ümumiyyətlə, bu ilin sentyabrın 1-ə olan məlumata görə, SOCAR tərəfindən bütün Gürcüstan üzrə 10 297 kilometrdən artıq qaz kəməri çəkilmiş və 306 504 abonent qazlaşdırılıb. 2020-ci il üçün 15 yaşayış məntəqəsində 2483 potensial abonenti əhatə edəcək 128,9 kilometrlik qaz şəbəkəsinin çəkilişi planlaşdırılıb. SOCAR bu ölkədə ümumilikdə 24 300 kilometrlik qazpaylayıcı şəbəkənin operatorluğunu həyata keçirir və 742 000-dən çox abonenti təbii qazla təmin edir. Şirkətin xidmət arealında qazlaşdırmanın səviyyəsi 76,9 faiz təşkil edir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK