adalet.az header logo
  • Bakı 18°C
24 Sentyabr 2020 23:10
18750
DÜNYA
A- A+

BMT baş katibi: Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi

Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi, qurbanların artıq bir milyona yaxınlaşır.

Trend-in məlumatına görə, bunu BMT-nin baş katibi Antoniy Quterriş deyib.

O bildirib ki, bütün bunlar qlobal hazırlıq, qarşılıqlı fəaliyyət və həmrəyliyin olmamasının nəticəsidir:

“Pandemiya açıq-aşkar beynəlxalq ictimaiyyət üçün sınaqdır və biz bunun öhdəsindən gələ bilmədik. Virus artıq bütün dünyada bir milyona yaxın insanı öldürüb, 30 milyondan çox şəxsə ziyan vurub. Virus nəzarətdən çıxıb”.