SON DƏQİQƏ:

Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina etdi

  9029   |  
Şriftin ölçüsü  

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel qurumun Aleksandr Lukaşenkonun inauqurasiyasını və yeni prezidentlik müddətini tanımadığını, həmçinin Belarusla münasibətlərə yenidən baxılacağını bildirib.

Bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı 9 avqustda keçirilmiş "saxtalaşdırılmış seçkilərin nəticələrini tanımayıb”.

"Bu əsasda Aleksandr Lukaşenkonun iştirak etdiyi 23 sentyabrdakı qondarma inauqurasiya və yeni mandat kifayət qədər demokratik legitimliyə malik deyil”, - deyə J.Borrelin bəyanatında qeyd olunub.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçkidən sonra ölkədə nəticələrin saxtalaşdırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Müxalif namizədlərə aid bütün seçki qərargahları seçki nəticələrini tanımadığını açıqlayıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK