SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: GÖZDƏN PƏRDƏ...

  18317   |  
Şriftin ölçüsü  

... Qəribə də olsa deməyə məcburam. Məcburam ona görə ki, bunu mən deməyim, sən demə, bəs kim desin?! Elə nöqsanlarımızı da, qüsurlarımızı da, çatışmazlıqlarımızı da yada salmamağımızın və deməməyimizin üzündədəndir ki, bur gün bir çox sahələrdə axsaya-axsaya qalmışıq. Heç kəs bizi vurub-eləməyib ha! Birdən elə bilərsiniz ki, kimsə bizə badalaq atıb, zərbə vurub deyə belə axsayırıq. Bizə heç kimin bir çıtması da dəyməyib. Elə özümüz-özümüzü bu günə salmışıq. Yəni savadlı, ziyalı, müdrik və ağıllı adamların məsləhətlərini və tövsiyələrini kənara qoyub özümüz bildiyimiz kimi də yol tutmuşuq. Bu yol bizi hara aparır və harda dalana dirəyəcək, bilmirik! Və bildiyimiz odur ki, elə bu yolla da gedirik...

... Savadlı, istedadlı və təcrübəli adamlar çox vaxt gözüm çıxdıya salınır. Ki, bir çox vəzifəli şəxslərin o savadlı, o təcrübəli adamlardan xoşları gəlmir, zəhlələri gedir. Zəhlələri gedir ki, birdən işdi-şayətdi onu vəzifədən çıxarıb yerinə bu savadlı adamları təyin eləyərlər. Elə bilirisiniz bu sözləri nəyisə bilmədən yazıram? Əsla! Siz özünüz də bilirsiniz və görürsünüz ki, savadlı, istedadlı adamlardan bəzi vəzifəli şəxslərin xoşu gəlmir. Axı savadlı və istedadlı adamlar da çox mədəni, çox tərbiyəli, çox ziyalı insanlardı. Onları işdən çıxarmağa ehtiyac qalmır. Bir balaca hiss eləyən kimi rəhbərlik ona yuxarıdan aşağı baxır, sıxışdırır, ərizəsini yazıb işdən gedir. Heç başqa yerdə iş də axtarmır. Ya başını götürüb harasa gedir, ya da dərddən, fikirdən ürəyi partlayır. Bu belədir və həmişə də belə olub...

Amma ipə-sapa yatmayan, dələduz, fırıldaqçı, min sifətə girən şəxslər isə zamanın nəbzini və ruhunu çox yaxşı tuturlar. Başqa sözlə demiş olsaq, onlar rəhbərlərinə və müdirlərinə züy tutmağı bacarırlar və hansı mahnıya desən, sümüyünı düşdü-düşmədi, qol qaldırıb oynaya da bilirlər. Təki işlədiyi yerdə rəhbərlik ona şərait yaratsın və pul qazansın.

... Hətta lazım gələndə müdriyyətə işçilər barəsində danos verməyi də bacarır. Çünki belələri danos verə-verə vəzifə pillələrinə qalxıblar və özlərinə hər cür şərait düzəldiblər; villalar tikiblər, malikanələr alıblar, uşaqlarını xaricdə oxutdurub yaxşı vəzifəyə qoydurublar. Tay belələrinə nə lazımdır bundan artıq?! O lazımdır ki, qazandıqlarını itirməsin, kefi kök, damağı çağ yaşasınlar. Elə yaşayırlar da!

Nə yaxşı ki, bu UZİ varmı.Yoxsa bir çox həkimlər acından ölərdi. Və acından ölmürlər, sadəcə olaraq, hər şeyin "dilini tapırlar”. İndi xaricdən hansı aparatı desən özəl klinikalar alıb gətirir. Və sonra da başlayırlar müxtəlif televiziya kanallarına çıxaraq reklam olunmağa. Və deyirlər ki, bu aparatla əksər xəstəlikləri müalicə eləmək mümkündür. Əlbəttə, müasir texnologiya və tibbi avadanlıqlarla istənilən pasiyentə düzgün diaqnoz qoymaq olar. Amma hər hansı aparatla insanları müalicə etmək bir o qədər də ağlabatan iş deyil. Amma ağla batdı-batmadı, bizim bəzi həkimlər, xüsusən də özəl klinikalarda çalışan həkimlər televiziya kanallarına çıxaraq elə ağızdolusu danışır ki, onların sözünə qulaq asan avam və savadsız adamlar inanırlar.

... Gedirlər, axışırlar o klinikalara, görürlər ki, balam, heç də hər şey görünən kimi deyilmiş. Yəni bu aparat məsələsi bəzi həkimlərin düzəltdiyi bir oyunmuş. Dünya təcrübəsində belə bir metod var ki, xəstəni aparat yox, həkim müalicə edir. Heç 30-40 il bundan əvvəl Azərbaycanda UZİ aparatı yox idi. Bax, onda Bəhmənlidə Hidayət dayım əliylə hər hansı xəstəni müayinə edəndə bilirdi ki, onun dalağı şişib, qaraciyərində böyümə var, ödündə daş yığılıb. Sonradan analiz nəticəsində onun dediklərinin hamısı öz təsdiqini tapırdı. Cərrah xəstəni əməliyyat edirdi, ödündəki daşı ödqarışıq çıxarırdı. İndi aparatdan keçməyə hər hansı xəstə bir ətək pul verməlidir. Mənim bir qonşum var. Özəl klinikada qan analizləri verdi və aparatlardan keçdi, 1000 manat da pulu çıxdı. Sonradan da dedilər sənin heç nəyin yoxdu. Bax, belə!

İndi bir çox həkimlər təzə bir üsul, yol axtarıblar. Gedirlər Türkiyəyə, bir-iki ay kurs keçirlər, bir sertifikat alıb qayıdırlar Azərbaycana. Guya sertifikat almaqla həkim oldu. Hansı ki, Türkiyədə uzamanlıq almaq üçün 12 il oxumalısan, təcrübə keçməlisən və çox mərhələlərdən sonra sənə bu adı layiq görərlər, ya da görməzlər. Bizimsə Türkiyədə bir-iki ay kurs keçmiş həkimlərimiz, yaxud da UZİ aparatında işləyənlər Vətənə qayıdandan sonra televiziya kanallarına çıxıb "öz təcrübələrindən” və qazandıqları "nailiyyətlərdən” danışırlar. Bu addımlardan sonra avam camaat da həmin həkimlərin yanına axışırlar. Növbələr yaranır, xəstələr bir-birinin arxasınca durur, nə var- nə var, televiziyaya çıxan həkimin qəbuluna düşmək istəyirlər. Əvvəl-əvvəl camaat ona inanır, bir müddətdən sonra görürlər ki, onların xəstələrə qoyduğu diaqnoz dəqiq deyil. Və gedib başqa bir xəstəxanada düzgün müayinə və müalicə olunurlar. Aydınlaşır ki, televiziyada reklam olunan o sertifikat almış həkimin elə boş-boş danışmağı və söhbəti varmış.

Belə dırnaqarası həkimləri camaata sırıyan və onların pulunu alıb reklam edən müxtəlif özəl televiziya kanallarıdır. Özəl sözünü xüsusi ilə vurğulayıram ki, Dövlət Televiziya kanalında və İctimai Televiziyada bu reklamlar bir o qədər də yoxdur. Ən çox özəl klinikaları özəl televiziyalar reklam edir. Çünki hər ikisi pul qazanır; həm özəl televiziyalar, həm də özəl tibb mərkəzləri! Aldadılanlar və itirənlər isə avam, sadə və hər şeyə inanan pasiyentlərdi!

Ay özəl kanallar, qoyun bir dəfə də xalqa əsl həkim məsləhəti verən və düz yol göstərən Azərbaycan Dövlət Tibb Universitetinin dosenti Rəşid Mahmudovu dəvət edin. Bax, onu efirə dəvət etməzsiniz. Çünki Rəşid Mahmudov heç vaxt xalqına və millətinə pul üçün yalan danışmaz və əyri yol göstərməz. Ümumiyyətlə, Azərbaycanda çox savadlı, çox vicdanlı və namuslu həkimlər var. Təəssüf ki, onların əksəriyyətini gözümçıxdıya salırlar, incidirlər, heç efirə də dəvət eləmirlər. Onlar da çəkilib durub bir küncdə. Nəticədə isə zərbə Azərbaycan səhiyyəsinə və Azərbaycan xalqına dəyir.

Bu gün ölkəmizdə kifayət qədər namuslu və vicdanlı rəhbər şəxslər də var. Amma o şəxslər ətrafına bax, dediyimiz və göstərdiyimiz savadlı və vicdanlı həkimləri toplamalıdır. Çünki hamı hər şeyi görür. Pul ala bilməyən, kasıba-kusuba, imkansıza və çətin vəziyyətdə olan adamlara rəhm edən həkimlərə "yaşıl işıq” yandırılmalıdır. Tay bəsdir, bəzi savadsız və özündənrazı səhiyyə işçilərinin əlində insanlar bu qədər əziyyət çəkdi. Hər halda, biz sözümüzü dedik. Yerdə qalan məsələlər aidiyyəti qurumların işləridir...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24
2020-09-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK