SON DƏQİQƏ:

Pakistan Prezidenti Dağlıq Qarabağda törədilən soyqırımıdan danışıb

  11692   |  
Şriftin ölçüsü  

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ölkəsində qeyd olunan Kəşmirin blokada günü ilə əlaqədar Senatın xüsusi sessiyasında urdu dilində çıxış edərək, Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgələrinin əhalisinin ötən bir ildə fundamental insan hüquqlarından məhrum edildiyini, dünyanın orada baş verən hadisələri görməli olduğunu söyləyib.

Trend-in məlumatına görə, A.Alvi bölgədəki hadisələrin soyqırımına doğru inkişaf etdiyini vurğulayıb, misal olaraq Dağlıq Qarabağda və Bosniyada törədilən soyqırımlara toxunub. O, Dağlıq Qarabağda da əvvəlcə təcrid siyasətinin aparıldığını, sonra soyqırımının həyata keçirildiyi, sonda isə bölgənin demoqrafik vəziyyətinin dəyişdirildiyini diqqətə çatdırıb.

Pakistan Prezidenti çıxışında kəşmirlilərə verdikləri dəstəyə görə BMT-nin Baş katibinə, Azərbaycan, Türkiyə, Çin, Malayziya və İrana minnətdarlığını ifadə edib.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24
2020-09-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK