SON DƏQİQƏ:

Aqil ABBAS: «MƏN DƏ SƏNİN AĞZINA PALÇIQ YAXIM»

  39718   |  
Şriftin ölçüsü  

Müəyyən məqamlarda xatırlayıram və gülürəm. Ermənilərin son günlər xarici ölkələrdə, xüsusilə Los-Ancelesdə, Belçikada, Rusiyada azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri görəndə və içi mən qarışıq ziyalılarımızın bu məsələyə münasibətini oxuyanda yenə xatırladım, amma bu dəfə gülmədim: «Mən də sənin ağzına palçıq yaxım».

Orta məktəbdə oxuyanda məktəbimizə Bakıdan iki qardaş gəldi. Atalarının vəzifəsi ilə əlaqədar Ağdama köçmüşdülər. Qardaşları da bizim məktəbimizdəki rus bölməsinə qoymuşdular. Təbii ki, məktəbdə tez-tez dava düşürdü, söyüşün biri bir qəpik. Söyüş də davada hücumun bir yaraşığıdı. Bu qardaşları küçə söyüşləri ilə söyürdülər, üz-gözləri qızarırdı. Təbii ki, onlar da söyüşə cavab verməliydilər. Söyənlərə hirsli-hirsli baxıb, axırda deyirdilər:

- Mən də sənin ağzına palçıq yaxım.

Bu da onların «var-yox» söyüşü idi.

Biz də gülürdük. Biz tərbiyəsizlər də bu tərbiyəli qardaşların bu «söyüşünə» gülürdük.

Düzdür ey, sonralar tərbiyələrini poza bildik.

Tələbə vaxtı Bakıda Yasamalda bir evdə kirayədə qalırdıq. Ev sahibi ağsaqqal və nurlu bir kişi idi. Oğlu da biz yaşdaydı. Bir gün gördük ki, həyətdə oğlunu danlayır ki, heç kimlə dalaşma:

- Bax, bala, biri sənin atana söymədi, mənə söyür də dinmə. Biri anana söymədi, ay bala, mənim arvadımdı da, dinmə. Biri sənə bir şillə vurdu, mənim xətrimə dinmə, bala. İkinci şilləni vurdu, ananın xətrinə dinmə. Üçüncü şilləni vurdu…

Pauza verdi. Biz də elə bildik deyəcək ki, ə, it oğlu, sənin əlini pişik yeyib, nə durmusan?..

Amma görün pauzadan sonra nə dedi:

- Ə, əlin-ayağın yoxdu, qaç da!

Bunları niyə yazdım?

Ermənilərin təkbətəkdə heç vaxt əli olmayıb. Hətta belə bir söhbət var. Bir azərbaycanlı erməniləri döyür. Ermənilər deyir:

- Ay basurman, yeddi ermənini bir dərədə tək görmüsən?

Bəli, təklikdə əlləri yoxdu. Bütün idman yarışlarında bunun şahidiyik - istər güləş olsun, istər boks olsun, istər Şərq döyüş növləri olsun.

Baş verən bütün davalarda ermənilər bizimkiləri ya təkləyiblər , ya da bizimkilərdən on dəfə, iyirmi dəfə çoxdular. Amma baxırıq ki, onlar nə qədər çox olsalar da bizimkilər geri çəkilmir, ölümünə savaşırlar.

İndi gələk mətləbə. Son günlər ziyalılar, diplomatik korpusların rəhbərləri xaricdə yaşayan həmvətənlərimizə müraciət edirlər ki, səbrli olun, təmkinli olun, təxribata uymayın və sair və ilaxır.

Mən də istəmirəm Qarabağ savaşını xarici ölkələrdə küçə davaları səviyyəsinə yendirək.

Amma elə deyil. Deməli, ermənilər bizimkiləri döyə bilər, təpik altına sala bilər, amma biz mədəni xalq olduğumuzu göstərmək üçün durub üstümüzü çırpıb yaxamızı düymələməliyik, cavabımız da bu olmalıdır ki:«Biz də sizin ağzınıza palçıq yaxaq». Və ermənilər həmin davanı videoya çəkib paylaşıb xalqını ruhlandırmalıdı.

Oxuyuram ki, deyirlər siz döydüklərinizi videoya çəkib paylaşmayın, Avropa ölkələri bizi qınayar.

Millətin gözünü qırmaq lazım deyil. Erməniyə adekvat cavab verilməlidi. Ermənilər xarici ölkələrdə də bizim qolumuzun gücünü görməlidi, özü də artıqlamasıyla.

Gərək ki, ya 94, ya da 95-ci iliydi. Almaniyada neofaşistlər türklərin yaşadıqları evləri yandırmağa başladılar, hətta bir neçə türkü öldürdülər, türk məktəblərinə hücum etdilər. Almaniya hökuməti etinasız yanaşırdı. Bu vaxt Başbuğ Alparslan Türkeş Almaniyada yaşayan bozqurdlarına, özü də birbaşa televiziyadan müraciət etdi: «Bir yanan türk evinə iki alman evi yandırılmalıdı, bir öldürülən türkə iki alman öldürülməlidi, bir türk okuluna olan hücuma iki alman okuluna hücum edilməlidi».

Bozqurdlar nə təhər başladılarsa, Almaniyada aləm qarışdı. Türkeşə yalvardılar ki, əmrini dayandırsın və biz həmin neofaşistləri cəzalandıracağıq. Elə də oldu.

O gündən bu günə qədər Almaniyada bir türkə «gözün üstə qaşın var» deyən yoxdur.

İndi mən heç kimi küçə davalarına səsləmirəm. Amma bu o demək deyil ki, ermənilər xarici ölkələrdə bizi döyməlidilər, biz də onların «ağzına palçıq yaxmalıyıq», ya da o ağsaqqalın dediyi kimi götürülüb qaçmalıyıq.

Və xahiş edirəm, mənim fikirlərimi başqa yerə yozmayasız. Heç vaxt davadan qaçmamışam, bu yaşımda da qaçmaram, heç kimin də davada kiminsə qabağından qaçmağını istəmərəm. Döyülmək də olar, amma kişi kimi döyülərlər, Mirzə Sakitin oğlu kimi.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-23
2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK