SON DƏQİQƏ:

Şəmkirdə bıçaqlanma olub: 1 ölü, 1 yaralı

  20054   |  
Şriftin ölçüsü  

İyulun 26-da gecə saat 23 radələrində Şəmkir rayonu, Bayramlı kəndində 1994-cü il təvəllüdlü Ruslan Nağıyevin bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, 1986-cı il təvəllüdlü Xalid Nağıyevə isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olmuşdur.

Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

İlkin araşdırmalarla 1993-cü il təvəllüdlü İsmət Cəfərovun həmin gün saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı qohumları - Ruslan Nağıyevə bıçaqla zərbə vurub öldürməsinə, Xalid Nağıyevə isə həyat üçün təhlükəli olan ağır xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində İsmət Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-19
2020-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK