SON DƏQİQƏ:

“Umico” ilə alış-veriş edərək “Azercell” nömrənizin balansını artırın

  32773   |  
Şriftin ölçüsü  

Zəngin rəqəmsal məhsullar bazasına malik olan ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC texnoloji yeniliklərin tətbiqi vasitəsilə insan həyatını rahatlaşdırmaq istiqamətində fəaliyyətini genişləndirməyə davam edir.

"Umico” bonus proqramının eksklüziv telekom tərəfdaşı olan "Azercell”, adıçəkilən proqram istifadəçilərinə keşbək qazanmaq imkanı yaradır.

Sentyabr ayının 3-dən etibarən "Umico” istifadəçisi olan "Azercell” fakturasız xətt müştəriləri balanslarını rəqəmsal kanallar vasitəsilə artırmaqla, 0.7% məbləğində keşbək əldə edir. Bonuslar "MilliÖN” terminalları və internet saytı, "Modenis”, "Expressbank”, "Smartpay” terminalları, "PaySis”, "Goldenpay”, "Azerikard” internet saytları, "ABB” ATM-ləri, "Azərpoçt” şöbə və filialları vasitəsilə edilən ödənişlərə təqdim olunur.

Qeyd edək ki, istifadəçilərə "Umico”nun 500-dən çox tərəfdaş şəbəkələrində alış-veriş zamanı keşbək qazanmaq və topladıqları keşbək balansını eyni şəkildə partnyor şəbəkələrində sərf etmək fürsəti verilir. "Azercell” abunəçiləri toplanan bonusları "Umico” mobil tətbiqi çərçivəsində həm fakturalı, həm də fakturasız xətt nömrələrinin balansına yükləyə bilərlər.

Məlumat üçün vurğulayaq ki, layihə çərçivəsində şirkətin ilk təklifi cari ilin may ayından etibarən "Azercell” Mağazalarından alınan smartfon və aksesuarlar üçün 3.5% və 7.5% dəyərində keşbək verilməsi, həmçinin toplanan bonusun eyni mağazalarda alış-veriş zamanı xərclənə bilməsi olub.

AppStore və ya PlayStore-dan "Umico” mobil tətbiqini yükləyin və bu fürsətdən yararlanmağa tələsin!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK