SON DƏQİQƏ:

Sox a sox - Nicat Novruzoğlu yazır

  48694   |  
Şriftin ölçüsü  

Qatığın içindən salfet çıxır. Satandan niyəsini soruşuram, irişə-irişə cavab verir ki, qaymaq düzəltmək istəyirmiş tutmayıb.

Dizel tökürsən maşının bakına mator bağırır. Soruşursan deyirlər ki, qatqısı var. Standartlara cavab vermir. Bizim öz standartlarımızla istehsal etdiyimiz, satdığımız dizel bütün dünyanın standartlarına cavab verən maşınımızın dalından qara tüstü çıxardır.

Benzin vurursan. Mator şaqqıldayır. Ayə bu niyə belə edir? Deyir ki, benzin benzin deyil. Get Gürcüstanda vur, səsi çıxsa tüpür üzümə.

Tüpürüm üzünüzə.

Hələ misallarım bitməyib. Bəlkə yazdım.

Biz soxmağı bacarırıq.

Özümüz özümüzə soxuruq. Yada soxmağa lazım olan zad bizdə yoxdu deyə soxmağımız özümüzə çatır.

Soxan həmişə öyünür, sinəsini irəli verib bir əlini yumruq kimi büküb tam açdığı o biri əlinin içinə vuraraq deyir: "Soxdum, getdi ey”.

Soxulan bu günkü Azərbaycan gerçəkliyinin milyonlarala qurbanlarından biridir. Onun da təsəllisi nə vaxtsa kiməsə soxmağındadı. O da hardasa soxub. Və bu gün ona soxulanın nə vaxtsa soxduğunun əvəzi kimi qəbul edir və həzm edir. Məcburdu.

Soxulan loxdu. Onu belə adlandırırıq. Lox rus sözüdü. Onlardan oğurlamışıq. Onlar ya loxluyub ya da ki, özləri loxdu. Məncə lox deyirlər. Loxluyandılar. Biz də lox olmayan yoxdu. Hər kəs hər kəsi hardas loxlayır.

Qayıdım misallara. Siz bunları bilirsiz.

Dərmanda soxurlar, suda soxurlar, enerjidə soxurlar, tikintidə soxurlar, yolda soxurlar, dövlət müəssisələrində soxurlar, qeyri dövlət müəssisələrində soxurlar, ətdə soxurlar, yağda soxurlar, paraşokda soxurlar, içkidə soxurlar və s.

Axırıncı misal içki oldu. Dimedrol soxurlar.

Viskinin qablarını yığıb içini özümüzünkülər doldurub yenə bizə soxurlar.

Pivə deyil poroşokdu.

Sərçəni bülbül edib soxurlar.

Adama kitaylarla birləşib nə qədər soxarlar? Kitay soxmaqdan bezib biz isə yox.

Yalan soxurlar, iftira soxurlar, şər soxurlar.

Görmədiyimizi gözümüzə, yaşamadığımızı həyatımıza soxurlar.

O dünyanın sox a soxundan qorxmadan bu dünyada soxurlar.

Soxum boynunuzu yerə.

Yer yazmışkən, bu sox a sox bizi çox uzağa aparmayacaq. Bizi o yerə elə soxacaq ki, day bir də ordan ditdəməyəcəyik. Çünki öz-özünə soxanda cırlıq yaranır, cılızlaşma yaranır. Gərək arada başqasına da soxasan ki, gücünü, qüvvətini görələr. Bilələr ki, soxmağı bacaransan.

Bir birinizə az soxun.



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK