SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu

  13499   |  
Şriftin ölçüsü  

(Əvvəli ötən sayımızda)

Bu da universitet məhəlləsinin Kocatəpə camisi. Bu caminin hələ yerinin hazırlanması, torpaq işlərinin görülməsi anlarında Trabzonda idim. Və qardaşım Əhməd bəyin verdiyi bilgiyə görə, caminin tikilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da kifayət qədər vəsait ayırmışdı. Əhməd bəy bildirmişdi ki, Cümhur başqanı təkcə dövlətin deyil, həm də öz şəxsi büdcəsindən xeyriyyəçi kimi caminin tikintisinə yardım etmişdi. Məhz yuxarı rütbə sahibləri bu addımı atdıqdan sonra caminin tikintisinə şəxsi vəsaitlərindən müxtəlif həcmli pul-para ayıranların sayı da artmışdı. Demək olar ki, çox böyük məbləğə başa gələn bu caminin inşasında Trabzonun, xüsusilə Universitet məhəlləsinin imkanlı sakinləri, iş adamları yardımçı olublar. Mənim yaxından tanıdığım Həyati bəy bu caminin tikintisində ürəklə, öz parasıyla, həm də tövsiyyələriylə cani dildən iştirakçı olubdu. Bu gün həmin camini ziyarət edəndə orada əməyi olan hər kəsin adının fəxarətlə çəkilməsi yaxşı bir nümunədi. Hətta hocam İbrahim Məzlum, qardaşım Əhməd bəy çilçiraqları, xalçaları, mərmər daşları və camidə istifadə olunan digər əşyaları, məmulatları, hətta nəqqaş işlərinin də kimin gördüyünü, özü də hansı ürəklə, hansı əməklə, hansı dualarla reallaşdırdığı camidə namaz qılanlara da, məhəllənin sakinlərində də məlumdu.

Doğrusunu deyim ki, Trabzonda olanda bu camiyə getmək, oradakı köhnə tanışlarla söhbət etmək və camidə söhbət etmək və camidə fəaliyyət göstərən çay evində oturub çay içmək mənə xüsusi ləzzət verir. Dediyim kimi, həm yer əla seçilib şəhərin hər tərəfi görünür, həm də burdakı adamlara artıq qaynayıb qarışmışam. Onlara Qarabağdan, ölkəmizdə baş verən hadisələrdən suallarına uyğun şəkildə cavab vermək, danışmaq çox xoşdu. Yazı-pozu adamı olmağım da onların mənə marağını bir az da artırıb. Bir ailəyə çevrilmişik sanki. Və mən də burda oturanda cami əhli namaza başlayanda xəyala dalıb öz-özümə edilən duaların içərisində öz duamı təkrar etmişəm və yazmışam ki:

Bir udum çay

bir dişləm qənd –

qarşımda...

amma

nə ağlım başımda,

nə də

ürəyim yerində...

mən

Trabzonda

Kocatəpə camisinin önündə

ətrafdakı

gözəlliyə

acgözlüklə

baxa-baxa

özümdən

və çevrəmdəki dostlardan

iznsiz,

ruhən,

bilə-bilə

çıxıb getmişəm –

Qarabağa!

oxşarlığın hökmüylə...

Bəli, camidəki köhnə tanışlarla görüşüb hal-əhval tuturam. Adamlar daha çox siyasətlə deyil, təsərrüfatla, iqtisadiyyatla maraqlanırlar. Onlar hava durumunun tez-tez dəyişməsini əkinçiliyə, bağçılığa, cayçılığa, fındıq sahələrinə ziyan vurduğundan gileylənirlər. Sonra bizdəki hava durumuyla maraqlanırlar. Təbii ki, mən də vəziyyət barəsində onları bilgiləndirirəm və sözü dəyişib mövzunu siyasətə çevirirəm. Ötən ay Türkiyədə keçirilən seçkilərə münasibətlərini öyrənmək istəyirəm. Həmsöhbətlərimin içərisində öz nurani görkəmiylə seçilən, ağappaq saqqalıyla adamda bir ziyalı ovqatı yaradan və burada da hər kəsin ağsaqqal dediyi kişiyə üz tuturam. Elə buradaca əlavə edim ki, qəribə taleyi olan bu həmsöhbətim çox maraqlı insandı. Azərbaycana da özəl sevgisi var. Həm də müsafir qəbul etmək, qonaq qulluğunda durmaq, ona çay, dondurma sifariş vermək, yeməyə dəvət etmək demək olar ki, qanına hopubdu. Şəxsən mən bu şəhərdə, bu məhəllədə onunla hər görüşündə ağsaqqalın süfrə ətrafında oturanlara əlini cibinə salmaq imkanı vermədiyini görmüşəm. Bax elə bu dünya görmüş, yaşı 70-i haqlamış insanın fikirləri mənim üçün çox maraqlı idi. O da sözünü qısa və konkret dedi:


- İnsan özü seçim etməlidi və bir də seçilmək istəyən özü kimliyini bilməlidi. Onda heç kim heç kimdən inciməz və seçim də rahat olar. Bax, biz də öz bələdiyyə başqanımızı, həmçinin muxtarımızı seçmişik. Sizə deyim ki, Əhməd Varol artıq altıncı dəfə seçilir. Bütün məhəllə bu insanı özünə doğma bilir. Onu hər bir ailə, hər bir ev tanıyır. Ona görə də seçki kampaniyasında Əhməd Varola böyük təbliğat işləri aparmaq gərək olmadı. Hər kəs özü gəlib ona səs verdi. Trabzon Orta Şehir Bələdiyyə başqanımız da Ahmed Metin Gəncdir. Bu insan da bizim üçün doğmadır. Ona görə də səsvermə zamanı böyük əksəriyyət Əhməd Varola məmnunluqla səs verdilər. Bütün bunların bir səbəbi də odur ki, bu adamlar həm xalqın sevimlisi, həm də iş görməyi bacaranlardı. Ona görə də bizim üçün iş görməyi bacaran və sevdiyimiz adamları önə çıxarmaq əsas şərtdi. Bir saatdan artıq camidə müxtəlif mövzularda söhbət etdikdən sonra Əhməd bəydən böyük Mustafa Kamalı ziyarət etmək üçün Köşkə getməyi xahiş elədim. Qardaşım istəyimi dəyərləndirir və biz birlikdə Atatürkün ruhunu ziyarət etməyə gedirik.

Trabzonda

dağ başında

Soyuqsu səmtində

Mustafa Kamalın

izi və nəfəsi

hopmuş

möhtəşəm

bir saray

qapılarını açıb

ziyarətçiləriğ

üzünə

taybatay

sən

insan sevgisini

görmək

və canından keçirmək

istəyirsənsə

du girişin önündə

ziyarətçilərin

növbəsini,

sırasını

saya bilirsənsə say!..

Bəli, dəfələrlə hər mərtəbəsini gəzib sükutuyla həmsöhbət olduğum bu müqəddəs ünvanda, yəni Atatürk köşkündə mən daxili rahatlıq yaşayıram. Bu rahatlığın mənim üçün əsas ipucu şəxsiyyətə sıravi insanların və yaxud da xalqın öz liderinə, sərkərdəsinə bitib-tükənməyən sevgisidir! Adamlar özləriylə birlikdə yerimək, anlamaq, başa düşmək qabiliyyətində olan uşaqlarıyla, nəvələriylə bu Köşkə gəlirlər. Xüsusilə nigah bağlayanların bu Köşkə gəlməsi çox maraqlı və yaddaqalandır. Sanki təzə ailə quranlar burada Mustafa Kamal Atatürkdən xeyir-dua alırlar. Bu, təqdir və təsiredicidir! İnsanın içindən kövrək və isti bir duyğu axıb gedir. Mən onu sözə çevirməkdə çətinlik çəkirəm...


Günortaya yaxındır. Əhməd bəydən rica edirəm ki, öz işlərini axsatmasın. Gəlişim onun hansısa bir işinə əngəl olmasın və izn versin şəhəri bir az təkbaşına dolaşım. O, istəyimi nəzərə alsa da, hiss edirəm ki, məni gözündən uzağa buraxmağa o qədər də həvəsli deyil. Bir az könülsüz şəkildə iş otağının ehtiyat açarını mənə uzadır və deyir:

- Əfəndim, nə qədər istəyirsən gəz-dolaş, telefonum açıq olacaq. Əgər yorulub dincəlmək istəsən, muxtarlığa dönüb gələrsən...

Razılaşırıq. Və mən Trabzonun Meydan adlanan mərkəzinə getmək üçün şəhərdaxili avtobusa əyləşirəm. Meydanda Atatürkün əzəmətli abidəsi ucaldılıb. Üstəlik, həmin ərazidə xeyli kitab mağazaları da var. Və mən də bu şəhərə gələndə həmin kitab mağazalarını gəzib dolaşıram. Həvəslə kitab satıcılarıyla söhbət edirəm. Azərbaycan yazarlarının kitablarını soruşuram. Sevindirici haldır ki, son vaxtlar bu şəhərin kitab mağazalarında bizim yazarların kitablarına daha tez-tez rast gəlirəm. Xüsusilə gənc yazarlarımızın kitablarını Türkiyənin müxtəlif şəhərlərindəki kitab mağazalarında görəndə adamın içindən bir sevinc hissi gəlib keçir. Və türk poeziyasının həm XX əsrin əvvəllərində bu bugünlərdə üzdə olan təmsilçilərinin kitablarıyla maraqlanıram. Kitab mağazasından çıxanda artıq əl çantamda mənim üçün maraqlı bir neçə kitab var idi. Meydanda, Atatürkün abidəsinin olduğu parkda əyləşib çay sifariş edirəm. Və nədənsə ilk dəfə bu parkda oturub söhbət etdiyim yaşlı bir trabzonlu yadıma düşür. Həmin o kişi özünün dediyinə görə, Atatürkü həyatda görmüşdü və hər dəfə də Mustafa Kamal sözünü dilinə gətirəndə ayağa dururdu. Həyatını, Türkiyənin bu gününü Mustafa Kamala borclu olduğunu deyirdi. Elə görkəmindən də, danışığından da hiss olunurdu ki, bu insan əsl türkçüdü!. Bax, onda mən də Qarabağı, işğal olunmuş torpaqlarımızı içimdən keçirib düşünmüşdüm ki, görəsən mənə, bu işğala son qoyacaq, qələbə bayrağını Şuşaya sancacaq sərkərdəni ömrümə yazmaq, ona minnətdar olmaq, onunla qürur duymaq nəsib olacaqmı?!.

"Söz sözü çəkir” deyirlər. Elə bu parkda, bu Meydanda çay içib yenicə həmin o məkanı tərk etmək istəyirdim ki, ötən səfərlərimdən tanıdığım, müsahibə götürdüyüm şəhərin bələdiyyə başqanı Əhməd Gəncin bir topa insanla ön tərəfdən gəldiyini gördüm. Doğrusunu deyim ki, öncə ona yaxınlaşmaq, salam vermək hissini bir tərəddüdlə yaşadım içimdə. Elə bil bir cərəyan axını baş verdi . Burda olduğumu, ona doğru baxdığımı hiss etdi başqan. Və...

(Ardı növbəti sayımızda)


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK