adalet.az header logo
  • Bakı -°C
24 Yanvar 2026 14:12
95
DÜNYA
A- A+

Türkiyədən COP31-lə bağlı təyinat

Türkiyənin “Sıfır Atık Vakfı” sədri Samed Ağırbaş bu il Türkiyənin ev sahibliyi edəcəyi COP31 iqlim konfransında BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu təyin edilib.

Adalet.az xəbər verir ki, bu barədə COP31-in prezidenti, Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum sosial şəbəkələrdə məlumat yayıb.

“Bu il Türkiyənin ev sahibliyi edəcəyi və 197 ölkənin nümayəndələrini birləşdirəcək COP31 iqlim sammitində Samed Ağırbaşın iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempion təyin olunduğunu məmnuniyyətlə bildirirəm”, - deyə o yazıb.

Murad Kurum həmçinin S.Ağırbaşın COP31 prosesinin uğuruna əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, Türkiyə ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi edəcək ölkə kimi seçilib. Konfrans 2026-cı il noyabrın 9-20-də Antalyada baş tutacaq, lakin COP31-ə hazırlıqla bağlı əsas danışıqlar Avstraliyada aparılacaq./Report