SON DƏQİQƏ:

Aqil ABBAS: MİLLƏT DEYİLİK EY, KEFİK BAŞDAN-AYAĞA

  41367   |  
Şriftin ölçüsü  

Ov tüfəngləri ilə, "Kalaşnikovla silahlanmış «Qarabağ» İngiltərədə fantonlarla, ballistik raketlərlərlə ən müasir tanklarla, vertolyotlarla silahlanmış "Çelsiyə məğlub oldu. Amma geri çəkilmədi, təslim olmadı. Sonadək döyüşdü.

«Çelsi»nin büdcəsi 700 milyon dollara yaxındı. Bu, 90-cı illərin əvvəllərində Azərbaycanın illik büdcəsi idi. «Qarabağ»ın cibindəki pul isə 17 milyon. Amma yenə buna baxmayaraq, kişi kimi mübarizəsini apardı.

Bu, futboldu, udmağı da var, uduzmağı da. «Seltik» öz meydançasında 0:5 hesabı ilə uduzdu. «Yuventus» kimi bir komanda 0:3 uduzdu və sair və ilaxır.

İndi «Qarabağ» məğlub olub. İlahi, dünən Qurbana və oyunçulara mədhiyyələr yazan, təriflərin içində boğanlar nə pəstaha çıxarıblar. «Qarabağ»ı Avropanın 32 ən güclü klubu sırasına çıxaran, bütün Avropanın diqqətini təkcə «Qarabağ» komandasına yox, işğal olunmuş torpaqlarımıza yönləndirən, 70-80 minlik ingilis azarkeşinin bağırtısının içində «Qarabağ!» hayqırtısını dünyaya yayımladan Qurban Qurbanov haqqında sosial şəbəkə qəhrəmanlarının aşağılayıcı, lağlağı statuslarını, şərhlərini oxuyanda yenə də şair Qürbət Əzizin bir misrasını xatırlayıram: «millət deyilik ey, kefik başdan-ayağa».

Yaşa Qurban! Yaşa «Qarabağ»! Eybi yox, bir gün bizim də küçədə toy-bayram olar və Qurbanı, «Qarabağ»ı aşağılayanlar bir utanar.



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-26
2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK