SON DƏQİQƏ:

XAİN XOFLU OLAR…

  41058   |  
Şriftin ölçüsü  

… Siz heç bir şeyi müşahidə eləmisinizmi?! Başqa sözlə demiş olsaq, əyninizə təzə paltar, ayağınıza təzə ayaqqabı geyinəndə bəzilərinin ona necə fikir verdiyini duymusunuzmu?! Sizi bilmirəm, şəxsən mən belə anlarla çox rastlaşmışam. Xüsusən də imkansız adamlar təzə paltar geyinəndə, bir ayaqqabı ayağında olanda başqaları ona elə baxır ki, sanki bu geyim-keçimi həmin adam onun pulu ilə alıb. O qədər xəbis, o qədər xain, o qədər paxıldır ki, bu təzə paltar geyinən adama «çox mübarəkdir» də demir.

… Varlıların hər şeyi ola bilər. Ancaq başa düşmürəm ki, kasıb niyə bir təzə ayaqqabı geyinməli deyil. Və bir də paxıllıq vallah, kasıblığa, varlılığa baxmır. Bəlkə də dünyada ən sağalmaz «xəstəliklərdən» biri xainlik, paxıllıq və xəbislikdir. Dünyanın hansı klinikasına getsən də, bu «xəstəliyi» sağaltmaq mümkün deyil. Ən azından ona görə ki, hələ belə «xəstəlikdən» indiyə qədər sağalan adam görməmişik…

… On-on beş il bundan qabaq yaxın dostlarımdan biri qızına toy eləyirdi. Onun qızının bəxti digər dostların övladlarının bəxtindən daha tez açılmışdı. Özü də dostum imkanlı bir ailə ilə qohum olurdu. Ancaq onu da deyək ki, dostumuz heç vaxt var-dövlət düşkünü deyildi və belə bir varlı adamla da qohum olmaq heç onun yatsa yuxusuna da girməzdi. Hətta bir-iki dəfə varlı adamın elçilərini geri qaytarmışdı. Çox get-gəldən sonra qızın razılığı olandan sonra atası da bu işə xeyir-dua verdi…

… Xülasə, toy oldu. Özü də çox yaddaqalan bir məclis keçd. Şəxsən mən o toyda əməlli-başlı gözəl müsiqilərdən zövq aldım və toyun sonuna qədər həmin məclisdə ailəmlə bir yerdə iştirak elədik. Sözümün canı odur ki, ziyalı dostumun ən yaxın adamlarının qəlbindən «qara qanlar» axırdı. Elə bil ki, dağ uçmuşdu altında qalmışdılar. Hətta enli, qırmızı sifət, tez-tez ona «qardaş» deyən dostunun da çöhrəsi xəbislikdən qapqara olmuşdu. Çırtma vursaydın, qan çıxmazdı. Bədbəxt oğlunu fikir götürmüşdü. Çünki o adam həddindən çox var-dövlət və şöhrət düşkünü idi. Düşünürdü ki, elə mən bununla qohum olsaydım, işlərim yağ kimi gedər, var-dövlətim bir az da artardı…

…Toyda o ziyalı dostumun yaxınlarının çoxuna diqqət yetirdim. Onlar sevinmək əvəzinə qanları lap itin qanına dönmüşdü. Toydan sonra onun bir neçə dostu bərk əl-ayağa düşdülər. Əl-ayağa düşdülər ki, qızlarını tez-bazar ərə versinlər. Axı, bizim millətin ən böyük xəstəliyi bir-biriylə bəhsə girməkdi. Onlar da dostu ilə bəhsə girib qızlarını ərə verdilər. Nə başınızı ağrıdım, həmin adamların üçün də qızının heç bir il çəkmədi ki, ailələri dağıldı. Loru dildə demiş olsaq, boşandılar…

Ataların gözəl bir məsəli var: «Qonşunu iki inəkli istə ki, sənin də bir inəyin olsun». Nə qədər gözəl və nə qədər unikal bir deyim. İnsanın ürəyi dünya boyda böyük olanda o ürəyin içində heç vaxt xainlik, paxıllıq, xəbislik vallah ola bilməz. Düzdür, xəbis adamlar bir-biriylə bəhsə girib çox şeyə nail olurlar. Axı bayaq dedik, xəbislik elə bir «xəstəlikdir» ki, onu heç vaxt müalicə eləmək olmur. Bir də qozbeli heç qəbir də düzəltmir…

… Dünyanın işinə bir bax ki, xəbis ölkələr, paxıl dövlətlər, prezidentlər də var. Məsələn, bizim məmləkətin və prezidentin paxıllığını o qədər çəkən dövlət başçıları var ki. Allah da baxır görür ki, bu paxıl adamlar, paxıl dövlətlər öz əməlindən çəkinmir və heç kimlə işi olmayan dövləti də həmişə hifz eləyir, qoruyur…

«Qurani-Kərim»də xainlik və paxıllıqla bağlı məlum ayə də vardır. Həmin ayadə buyurulur ki, sənə bir bədbəxtlik, kədər üz verəndə xain adamlar sevinirlər. Elə ki, sənə bir şadlıq qismət olur, sevinc bəxş edilir, bax onda yenə onların qanı qaralır, qəm dəryasına qərq olurlar…

Tay bədbəxtlər bilmirlər ki, sevinci də, kədəri də insana bəxş eləyən Ulu Yaradandı. Yadıma bir rəvayət düşür: Günlərin bir günü məmləkətin bir-biriylə düşmən olan varlı adamlarından biri dünyasını dəyişir. Bunu eşidən digər varlı kişinin oğlu qaça-qaça və sevinə-sevinə atasının yanına gəlib deyir:

- Muştuluğumu ver, ay ata, bəs bizim düşmənimiz vardı ey, o öldü!

Kişi ağıllı və səbirli adammış. Qaşlarını çatır və oğlundan soruşur:

- Oğul, o düşmənimizi sən öldürdün?!

Oğlu:

- Yox ata, öz əcəliylə rəhmətə gedib.

Kişi yenidən oğluna baxır və dillənir:

- Noolsun ki, həmin adam bizim düşmənimiz idi. Əgər Allah-Təalanın əmiri ilə dünyasını dəyişibsə, yadda saxla oğul, buna heç vaxt sevinmək olmaz. Çünki günlərin birində mən də, sən də öləcəyik.

Bu nəsihətdən sonra uşaq bir söz demir, başını aşağı salır və çıxıb gedir. Həmin hadisə uşağın yaddaşına həmişəlik həkk olunur. Həkk olunur ki, başqasının ölümünə heç vaxt sevinmək olmaz…

Xain və paxıl adamlara Allah-Təala heç vaxt rahatlıq, sakitlik və xoşbəxtlik bəxş eləməz. Onlara elə bir bəla verilib ki, bu adamlar yazımızın əvvəlində qeyd elədiyimiz kimi, ömrünün sonuna qədər bu bəladan xilas ola bilmirlər. Qardaşlar, yoldaşlar, dostlar, çıxarın bu paxıllığı, xainliyi ürəyinizin dərinliyindən! Ora sevgi, məhəbbət, insanlara mərhəmət hissi doldurun!..

Və bir də biz istəsək də, istəməsək də hər şeyi verən də, alan da Ulu Yaradandır. Ürəyin açıqlığı isə böyük sevgidən, əbədi günəşdən və xoşbəxt ömürdən xəbər verir. Xoşbəxt o adamdı ki, ürəyində bir damla olsa paxıllıq, xainlik və xəbislik yoxdu. Bu ürəkdə sevgi var, gün işığı var və bir də əbədi Allah məhəbbəti yaşayır…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK