adalet.az header logo
  • Bakı -°C
21 Yanvar 2026 23:42
98
İDMAN
A- A+

"Qarabağ" "Ayntraxt"a son dəqiqədə vurduğu qolla qalib gəldi - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb.

Adalet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində isə Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, dekbarın 29-da səfərdə İngiltərənin "Liverpul" kollektivinin qonağı olacaq.

 

23:26

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci hissə başlayıb.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

22:52

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci hissə başlayıb.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

 

22:37

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ilk hissə başa çatıb.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

22:01

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci qol vurulub.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qonaqlar hesabı bərabərləşdiriblər - 1:1.

11-ci dəqiqədə Can Uzun adını tabloya yazdırıb.

21:54

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda hesab açılıb.

Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda önə keçiblər.

4-cü dəqiqədə Kamilo Duran fərqlənib.

 

21:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyunu start götürüb.

Adalet.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.