“Xeyirlə Şərin rəqsi” filminin təqdimatı keçiriləcək

Mayın 27-də Nizami Kino Mərkəzində "Xeyirlə Şərin rəqsi” bədii filminin təqdimatı keçiriləcək.
C. Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, "Xeyirlə Şərin rəqsi” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmalı hadisəni araşdırmasından bəhs edir.
Yeni ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu rejissoru Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova, Rasim Cəfər və digərləri canlandırırlar.
Digər Xəbərlər

Yallı və Naxçıvanda qrup rəqsləri UNESCO-nun siyahısına daxil edildi

“Balaban sənətkarlığı və ifaçılıq sənəti” UNESCO-nun siyahısına daxil edildi

"Mən də pyes yazım və mənə də dramaturq desinlər" - Cavidan Novruz atasının yazdığı pyesdən danışdı

Nizami Kino Mərkəzi rejissorun pulunu vermir

“Aparıcı uğurlarımızı qoyub, mənə öz səviyyəsinə uyğun suallar verir...”

Akademik Arif Paşayevin 90 illik yubileyi qeyd olunacaq

“Yaşayan şəhid” təqdim olundu - Audio
