adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Vuqar Abbasov: Variant çoxdur e, ancaq sənin qazın qurtardı

VÜQAR ABBASOV
136273 | 2020-06-29 13:11

Lətifəsi hamımızdan kənar, heç kimi də qaza filana bənzətmək fikrim yoxdur. Ancaq TƏBİB, Operativ Qərargah dediyiniz hər nədirsə onların da bu lətifədəki kimi variantları çoxdur. Qeyd edim ki, lətifəni bir müddət öncə burda paylaşmışdım və yeni dostlar üçündür, köhnələr oxumasınlar.

Bir nəfərin bir neçə qazı olur, bunlar xəstələnirlər. Adam gəlir baytarın yanına və deyir ki, qazlarım xəstələnib. Bir dərman ver, aparıb onlara verim. Baytar da dərman verib deyir ki, əvvəlcə dərmanı ver, sonra yem verərsən. Sabahı gün adam gəlib deyir ki, qazlardan onu öldü. Baytar da deyir ki, hə, onda əvvəl yem ver, sonra dərmanı verərsən. Sabahı gün adam yenə gəlib deyir:

- Qazlarımın onu da öldü.

Baytar:
-Onda get yeməklə dərmanı qatşıdır ver.

Adam gedir, sabahı gün gəlib deyir:
-Qazlarımın onu da öldü, daha məndə qaz qalmadı. Bunun başqa variantı yox idimi?

Baytar deyir:
-Məndə variant çoxdur e, ancaq sənin qazın qurtardı.

Vuqar Abbasov, 
Niderland

TƏQVİM / ARXİV