adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Üzünə hansı təbəssüm yaraşır?!

RÜFƏT SOLTAN
32600 | 2016-08-08 12:16

İnsanın hansı fikir daşıdığı, hansı arzularını yeni ailə səadəti adlı qəbirstanlıqda basdırdığı və onun ümumiyyətlə fikir və ya arzularının var olduğu heç bir vədə kənardakıların bilinclərinə qonaq gələ bilməz. Özün haqqında ən vacib bildiklərin elə sənə qalır. Bir yazar isə sənin haqqında yazarkən sadəcə həmin amillərin varlığını işarə edə bilər. Başqa heçnə. Ancaq mən elə düşünürəm ki, qız uşaqlarının vaxtından tez ərə getməsi elə də pis bir hal deyil. Ona görə ki, onların həmin yaş dövrü üçün hər hansı bir arzusu, və ya gələcək planları ola bilməz. Axı yaş buna imkan vermir. Elə isə, yarımçıq qalmış tərbiyə, doğmamış və beləcə müəyyən səmtə qərar tuta bilməyən planlar ona bir vəhy şəklində yeni ailəsindən gəlir. qayınana-ana, qayınata-ata, qayın-qardaş, baldız-bacı, həyat yoldaşı isə həm yeni dost, həm müəkəmməl aşina, gerçək sirr tükəndirici və eləcə də səni ömür boyu qoruya biləcək "həyatının hər şeyi”… Bu günə qədər cəmiyyət içində ən güclü üsyançılar kitab oxuyanlar olub, və olmaqda davam edirlər. Onların şikayət məğzləri, ardınca təkanla irəliləyən inqilabçı təfəkkürləri müxtəlif istiqamətlərə şaxələnə bilir. Bunlardan biri də məhz qız uşaqlarının yaşından erkən ərə verilməsidir. Bunu müasir rokstil təxəyyüllü, qadına heyvan təcəssümü işarəsi taxan, eləcə də özlərini qadın aurasından çıxaran bəzi fahişələr qeyri-legal şəkildə mövzuya çevirirlər. Çünki onları instikdə salan bir şey var: "Həyatda nəyin bahasına olursa olsun, –Gələcək, karyera, möhtəşəm planlar– təkrar edirəm HƏR NƏ OLURSA OLSUN –gələcək, karyera və möhtəşəm planlar–…”

Hesab elə ki, yuxarıda yazılanlar sadəcə bir ilığ meh idi əsdi və uzaqlaşdı. Əsas odur ki, bir suala cavab axtarmalıyıq:”Üzünə hansı məzmun yaraşır?” Yəni açılışını edərək söyləsək: "Sən indi, başqa bir ailədə xoşbəxtsənmi?”-6 sözdən ibarət sual və ona layiq ən lokanik və 1 sözə məcnun nida cavabı… HƏ!

Rüfət Soltan


TƏQVİM / ARXİV