05 Oktyabr 2025 23:13
371
DÜNYA

Ukrayna Rusiyaya qarşı "Flaminqo"lardan istifadə edir

Ukrayna Rusiyanın enerji obyektlərinə hücum etmək üçün FP-5 “Flamingo” qanadlı raketlərindən istifadə etməyə başlayıb.

Adalet.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Bu raketlər təqribən 50 metr hündürlükdə uça bilir, 3000 km-dən çox uçuş məsafəsinə malikdir və 1150 kq ağırlığında döyüş başlığı daşıya bilir ki, bu da onları adi dronlardan əhəmiyyətli dərəcədə güclü və sürətli edir.

FP-5-lər təkrar emal edilmiş sovet turbofan mühərrikləri və karbon lifli gövdədən istifadə etməklə istehsal olunur ki, onun istehsalı cəmi altı saat çəkir. Hər bir raketin qiyməti təxminən 500.000 dollara başa gəlir. Bu da onu Amerika "Tomahawk"ından dörd dəfə ucuz edir, eyni zamanda daha geniş məsafəyə və dağıdıcı gücə malikdir.