"Sevilya" "Barselona"nı darmadağın edib
Futbol üzrə İspaniya çempionatının 8-ci turunda "Sevilya" "Barselona"nı darmadağın edib.
Adalet.az xəbər verir ki, qarşılaşma Sevilyadakı "Ramon Sançez Pishuan" stadionunda baş tutub və 4:1 hesabı ilə başa çatıb.
Belə ki, 13-cü dəqiqədə Aleksis Sançes "Barselona"nın qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib. 37-ci dəqiqədə İsaak Romero meydan sahiblərinin fərqini ikiyə çatdırıb. Əsas vaxtda Markus Reşford hesabı azaldıb. İkinci hissənin 74-cü dəqiqəsində Robert Levandovski penaltini qola çevirə bilməyib.
Matçın son dəqiqələrində Xose Anxel Karmona (90-cı dəqiqə) və Akor Adams (90-cı dəqiqə + 6-cı dəqiqə) daha iki qol vuraraq hesabı yekunlaşdırıblar.
Hakim hər iki komandanın oyunçularına bir neçə sarı vərəqə göstərib. "Barselona" 62% topa sahib olsa da, üstünlüyündən istifadə edə bilməyib. Bu qələbə ilə "Sevilya" La Liqa cədvəlində altıncı pilləyə yüksəlib, "Barselona" isə liderlərdən 4 xal geri qalaraq dördüncü pillədə qalıb.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

