CABİR GETDİ BABASI SÜLEYMAN ƏLƏSGƏROVUN YANINA - Aqil ABBAS yazır

AQİL ABBAS
263 | 2025-10-02 21:10

Bu dəqiqə Süleyman babası ilə Şuşada Cıdır düzündə gəzirlər. Mədəniyyətimiz  üçün böyük itkidir, özü də bu yaşda. 

Qəribə xalqıq, əmin-amanlıq içində  yaşadığımıza görə, evimizdə rahat yatdığımıza görə, küçədə rahat gəzdiyimizə görə Azərbaycan  polisinə borcluyuq.

Xoşagəlməz bir hadisə ilə rastlaşanda dərhal polisə üz tuturuq, polisdən imdad diləyirik.

O polisdən ki, həm Birinci Qarabağ savaşında, həm də Vətən müharibəsində bu xalqın, bu torpaqların yolunda onlarla şəhid verib. Cinayətkarlarla mübarizədə  neçə-neçə polis öz canından keçib həlak olub. Məhz polisin fədakarlığı nəticəsində əmin-aman bir ölkədə yaşayırıq. 

Amma bəziləri vaxtilə polisdə işlədiyinə görə Cabir İmanov haqqında ağızlarına və ağıllarına gələni yazırlar. Gedənin dalınca danışmaqda pərgarıq. 
Belələrinə yazıçı, əməkdar jurnalist İlqar Əlfioğlu çox ağıllı bir cavab yazıb. Mən onu təkrar etmək istəmirəm, amma həmin yazını oxucularımla paylaşıram.
 

  • Oktyabr:
  • 3

TƏQVİM / ARXİV