adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Tanrı türkləri sevir

RÜFƏT SOLTAN
29562 | 2017-01-27 12:48

Mənə elə gəlir ki, tanrı türkləri çox sevir. Tanrı şəhidləri çox sevir.

Qardaş ölkənin car yayan hənirtisi dünya mətbuatını bürüyüb. Əslində hənirtinin özü böyük bir anlam daşıyır. Çünki dünyanın qorxduğu Aslanın ağrılardan çəkdiyi cəfası səssiz ötüşə bilməzdi. Sanki şəhid dəvası Allahın dünya türkləri üçün yazdığı qəhrəmanlıq resepti idi: Hər səhər yeməkdən əvvəl bir şəhid, günorta ikinci şəhid, axşam üçüncü şəhid…Və beləcə qanında türk qanı axan insanların süurunda Türkiyənin getdikcə "Şəhid ölkəsi” adına inteqrasiya olunmasına gətirib çıxardı. Allahın rədd etdiyi PKK şeytanı göz çıxaran yerdə qaş düzəltdi. Bəli, bu onların hiyləsinin zirvəyə qaldırdığı şəhidlərin yazısıdır. Basqınların, hücumların və tələlərin əsəridir. Terrorçular Şəhid adını Türkiyə adına bənzətməyə nail olurlar. Ancaq Türklərdən çox PKK itki verib…

Rüfət Soltan

Gündəlik mediada izləyirəm: Ananın fəryadı, Atanın sakit reaksiyası, bacılar, qardaşlar və övladlar… Biz də bir azərbaycanlı kimi özümüzü onların yerinə qoyduq. Onsuzda bu bizdə yaxşı alınır. Çünki, biz də Türkiyə kimi illərin şəhidləriyik. Biz də onların ruh şərikiyik. Heç kəs dana bilməz ki, qırmızı bayrağın rəngi türklərin adıdır. Türkiyə illərdən bəri ŞƏHİD göstərdi, Azərbaycan isə ondan fərqli olaraq çəmənlikdə uzanıb səmaya baxan ŞƏHİDi göstərdi. Hər iki dövlət "Əbədiliyi” göstərdi…

"Dünyamız”ın üzərində gəzən qara buludlar nə qədər leysan verdilər olmadı, Şimşək verdilər olmadı. Biz heç doludan da qorxmuruq…


TƏQVİM / ARXİV