Mirziyoyev Azərbaycana gəlir
Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.
Adalet.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
O, oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) sammitində iştirak edəcək.
Məlumata görə, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi ilə bağlı cari məsələlər daxildir.
“Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri müzakirə olunacaq”, - deyə məlumatda qeyd olunub.
TDT Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı birləşdirən türk ölkələrinin beynəlxalq əməkdaşlıq təşkilatıdır. TDT-nin əsas məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

