adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Üzeyir Hacıbəyovun heykəli də çörək verir – Ayxan Ayvaz yazır...

AYXAN AYVAZ
32604 | 2018-11-23 12:47


Mənə elə gəlirki, Azərbaycanın ən böyük şəxsiyyəti Üzeyir Hacıbəyovdur. Oxumayan bir toplumüçün nələr edib nələr. Bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, müəllim,pedaqoq... Üzeyir Hacıbəyov bütün bunları dahiyanə şəkildə reallaşdırdı.

Elə bil bir adam acdır-susuzdur, qəfil göy üzündənona pay gəlir: çörək və su. Üzeyir Hacıbəyov məncə, Azərbaycanın tarixinə də bucür düşüb. Qəfil və sirli... İnanmaq olmur ki, belə bir dahi burda doğulub,burda yaşayıb və Azərbaycan üçün inanılmaz işlər görüb.

Bu gün də onun çiyinləri üstündə yaşayır mədəniyyətimiz.Hərdən tez-tez düşünürəm. Düşünürəm ki, biz çox bədbəxt xalqıq. Mədəni səviyyəmizaşağı olub, həmişə üçüncü dünya ölkəsi kimi qalmışıq...

Amma və lakin... Bu yerdə həmişə dayanmışam.Öz-özümə pıçıldamışam: Yox, yox, Üzeyir Hacıbəyov var. O, Üzeyir Hacıbəyov ki,akademik musiqini yaradıb və bizi dünyaya mədəni bir xalq kimi təqdim edib.

Operaları, musiqili komediyaları, xor və orkestrüçün bəstələri, kamera-instrumental əsərləri, marş, kantata, fantaziya, romansvə mahnıları... Saymaqla bitməz. Hələ felyotonları ayrıca bir mövzudur. Eləindicə bir felyotonunu oxudum. Gəlin, birlikdə oxuyaq:

"Dedi: - Bircә onu de görüm indiyә qәdәr çoxmutәrәqqi eylәyibsiniz?

D e d i m: - Çox elәmişik.

D e d i: - Olmazmı, öz tәrәqqinizdәn mәnә nümunәgöstәrәsiniz?

D e d i m: - Olar, çıxaq bayıra....

Bayıra çıxdıq, yevropalıya dedim. Tamaşa elә.

D e d i: - Baxıram.

- Gördünmü?

- Nәyi?

- Tәrәqqini?

- Hanı? Heç bir şey görmәdim.

- Bәs görmәdinmi ki, buradan bir nәfәr saqqallımüsәlman keçdi ki, ayağına çәkmә geymişdi. Onun ayağına çәkmә geymәyi çox böyüktәrәqqidir.”

Övladı yox idi Üzeyir bəyin. Çox səxavətliydi.Bütün tələbələrinə qapısı açıq idi. Hətta deyilənə görə, yaxşı oxuyan tələbələrinəpianino da hədiyyə edirmiş...

Üzeyir bəy də bizim ölkəmizə verilən bir hədiyyədir.Ən böyük hədiyyə

Onun haqqında çox yazmaq olar. Təkrarçılığa yolvermək istəmirəm. Həm də bilirsiniz, dahi adamlardan və gözdə olanpersonalardan yazmaqda həmişə çətinlik çəkmişəm. Səbəbi budur ki, gərək yeni nəsədeyəsən, fərqli baxış bucağı qoyasan. Bu da çox çətindir. Sən fərqinə varırsan:axı Üzeyir Hacıbəyov yazımdan (və bütün onun haqqında yazılanlardan) böyükdür.Heç cür yazının "planka”sını ona uyğun qaldıra bilmirsən.

Elə ən yaxşısı yazını sonuncu detalla bitirməkdir:

Seymur Baycan yazmışdı ki, iki gün şəhərdəac-yalavac gəzən adam çörəyi Üzeyir Hacıbəyovun heykəlinin qarşısında tapır. O,sağlığında hər cümə axşamı kasıb tələbələri evinə yığıb onlara plov qonaqlığıverirmiş və qəhrəman Üzeyir Hacıbəyovun heykəli qarşısında çörək tapandaqışqırır: "Yaşa, ey Üzeyir Hacıbəyov! Sən Azərbaycanın yetişdirdiyi əndahi şəxsiyyətsən. Əsl kişinin dirisi də çörək verir, heykəli də."


TƏQVİM / ARXİV