adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Füzuliyə görə atasını öldürən oğul – Ayxan Ayvazdan Yeni Hekayə

AYXAN AYVAZ
42487 | 2018-09-20 10:37


Adalet.az Ayxan Ayvazın "Absurd hekayələr” silsiləsindən "Füzulininqatili” hekayəsini təqdim edir.

- Bu qəzəldə nə demək istəyirFüzuli?

- Canına azzar...

- Nə?

- Heç nə, gətir görüm hansıqəzəli deyirsən...

Bu dialoqu oxuduğunuzda bizimqəhrəman pillələri enməkdə, şəhərin bozluğuna qovuşmaqda olacaq. Düşüncəli vəqayğılı görkəmdə dayanacağa gələcək, gəlib keçən adamlara diqqət kəsiləcək,uzaqdan görünən dənizə baxışları ilə sığal çəkəcək.

- Oğlum...

Atası gecə paltarında yanındapeyda olanda gözlərinə inana bilmədi:

- Bu nə viddi? Niyə gəlmisənbura? Dəlisən?

- Füzulinin təzə qəzəlinitapmışam. Bunu heç oxumamışdıq.

- Sənin F...

İstədi söysün,böyür-başındakı saqqalı adamlardan hürkdü. Həm də indi-indi hiss elədi ki,camaat gecə paltarında dayanacaqda Füzulidən danışan atasına dəli kimi baxır.

- Get, ata, get. Evdədanışarıq.

- Rindu şeyda...

Atası barmağınısilkələyə-silkələyə uzaqlaşdı.

Hara gedəcəyini bilmirdi.Əlimyandıda iş axtarırdı. Beşmərtbəli binanın tinində tək qanadlı mələk çıxdıqarşısına.

- Ey bəni insan!

- Sən kimsən, xalacan?

- Nə xala, ə? Gözünə açkitax. Mələyəm e, mən, mələk. Göylərdən gəlmişəm.

- Yaxşı şeyləri yazanmələksən, yoxsa pis şeyləri?

- Sənin dərdini bilirəm.Arvadın tərk edib. Mütləq iş tapmalısan. Mən sənə kömək edə bilərəm. Atanıntaleyini yaşayırsan...

- Atamın arvadı ilə işinolmasın. O, mənim həm də anamdı. Başa düşdün?

- Sizi tərk eləyibgetmişdi...

- Hə, tutaq ki elədi. Sonra?Neyləyəcəksən? Zamanı geri gətirəcəksən?

- Mən səni xilas...

- Nömrəni ver e sən. Gecəboşsan?

Mələk təəccüblü baxışlarlaonu süzüb qanadlandı.

- Füzuli gör burda nə deyib.

Çevriləndə atası iləqarşılaşdı. Tuman-köynəkdə əlində kitab gülümsəyirdi.

- Ata, başın xarab olub?

- Füzuli deyir ki, ey ğəmədüçar...

- Küçənin ortasında Füzulinisöydürmə.

Bir də baxıb gördülər ki,Füzulinin heykəlinin qabağındadırlar. Füzulinin heykəli tərs-tərs onlarabaxırdı.

- Salam, Füzuli. – atasıydı.

Cavab gəlmədi.

- Rüşvət deyil deyə almadısalamı.

Atası dərsdən iki almışşagird kimi mısmırığını sallaya-sallaya uzaqlaşdı. O isə yenə də iş axtarmağayollandı.

- Harda oxumusuz? – şirkətnümayəndəsi soruşurdu.

- Füzuli qəzəlləri...

- Necə?

- Füzulini əzbər bilirəm.

- Bizə ingilis dilini bilənlazımdı...

Evə çatanda öz-özünə söyürdü:"Hara baxırsan qız axtarırlar. Oğraşlar. Elə bil kişinin əlindən heç nə gəlmir”.

Bu arada səhər qabağına çıxanmələk qulağına pıçıldadı:

- İstəsən, səni qız da eləyəbilərəm.

Qulağına şillə vurdu:

- Kəs səsini!

Atası əlində Füzulinin kitabıyanında bitmişdi.

- Gözlə, ata...

Qocanın gözləri parıldadı.

Telefonu götürüb kənaraçəkildi, atası arxasındaydı.

- Alo, Nazlı! Mənəm... Hə...Yox... Tapmamışam hələ... Bir dəqiqə də... Bağlama... Nolar... Qızımın səsinəqulaq asım...

- Oğlum, Füzuli gör nə deyib:

Qəd ənarəl-eşqə-lil-üşşaqiminhacəl hüda!

Saliki-rahi-həqiqət eşqəeylər iqtida.

- Vallah, iş də tapacam...Ata bir dəqiqə... İzah edəcəm onu... Yox, sənlə deyiləm.

- Məncə, demək istəyir ki,eşqin gücünə çox da bələd olma.

- Yox e, səni demir...Füzulinin şeirini oxuyur...

- Deyir, birində qalma,başqalarına bax...

- Məzələnmək? Nə məzələnməke?

Düt-düt-düt...

-Ey ki, əhli-eşqə söylərsən:məlamət tərkin et!

Söylə kim, mümkünmüdürtəğyiri-təqdiri-Xuda? – atası ucadan deyirdi...

- Sənin əhli eşqinə də,Füzulinə də...

Mətbəxdən bıçağı alıbatasının üstünə cumdu.

Sonrakı kadrda atası döşəmədəuzanmışdı, böyründən qan axır, qıraqda gölməçə yaradırdı. Qarnının üstündəkitab, kıtabın üzərində Füzulinin rəsmi. Yaxınlaşıb atasına baxanda rəsmdəkiFüzuli ona göz vurdu...

TƏQVİM / ARXİV