Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri aşkarlanıb
Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında, Xəzər dənizinin sahilində suiti cəsədləri tapılıb.
Adalet.az apa-ya istinadən xəbər verir ki, sahilboyu ərazidə 10-dan çox suiti cəsədi müşahidə olunur.
Cəsədlərin bir hissəsi çürümüş vəziyyətdədir, bəziləri isə vəhşi heyvanlar tərəfindən parçalanıb. Ərazidə üfunətli qoxu hiss olunur.
Suitilərin cəsədləri bir neçə gündür sahildə qalsa da, hələlik məsul qurumlar tərəfindən ərazidə heç bir təmizləmə və ya araşdırma aparılmayıb.
Son illərdə Xəzər dənizinin müxtəlif sahillərində analoji hallar dəfələrlə qeydə alınıb. Mütəxəssislər bu hadisələri dəniz suyunun çirklənməsi, iqlim dəyişiklikləri, eləcə də suitilərin qida zəncirinə daxil olan toksinlərin artması ilə əlaqələndirirlər.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

