Polşa rəsmisi: Rusiya ilə kiberməkanda müharibə vəziyyətindəyik
Varşava Rusiya ilə kiberməkanda müharibə vəziyyətindədir, ölkə üçün yeganə faydalı hərbi ittifaq NATO-dur.
Adalet.az xəbər verir ki, bunu Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) rəhbəri Slavomir Tsentskeviç deyib.
"Hazırda Polşa kiberməkanda Rusiya ilə müharibə vəziyyətindədir, bu, artıq təhdid vəziyyəti deyil", - o bildirib.
S.Tsentskeviçin sözlərinə görə, Aİ ölkələrində kriptovalyuta ilə ödənişin edildiyi agent şəbəkəsi fəaliyyət göstərir ki, bu da onlara xüsusi xidmət orqanlarının nəzarətindən yayınmağa imkan verir.
O, bu şəbəkəni "hibrid hücum"larda - pilotsuz uçuş aparatları ilə Aİ ölkələrinin hava məkanının pozmaqda, kritik infrastrukturun sındırılması cəhdlərində günahlandırır.
"Hesab edirik ki, Polşa üçün yeganə faydalı hərbi ittifaq NATO-dur və NATO olaraq qalacaq", - BBN rəhbəri bildirib.
Digər Xəbərlər
27 Iyun 2026 00:04
"İran atəşkəsi axmaqcasına pozub" - Tramp
26 Iyun 2026 23:00
İsrail və Livan arasında çərçivə sazişi imzalanıb
26 Iyun 2026 17:24
Sergey İvanov vəfat etdi
26 Iyun 2026 14:40
Krım və Sevastopolda fövqəladə vəziyyət elan edildi
26 Iyun 2026 11:37
Türkiyənin qədim şəhərlərində unudulmaz opera və balet gecələri keçirilir – FOTOLAR
26 Iyun 2026 11:34
Kim Çen In modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izlədi
26 Iyun 2026 09:56
Bu ölkədə iki dəhşətli zəlzələ: binalar dağıldı, ölü sayı kəskin artdı
26 Iyun 2026 09:49


Bakı -°C

