adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Bu Azərbaycan kəndində heç kim pul xərcləmir – Ayxanın Reportajı

AYXAN AYVAZ
70827 | 2018-11-07 10:36

Altdan-üstdən qıfıllanıb dağlara gedirdik – Qubanın yaxınlığındayerləşən Qrız kəndinə... Dəniz səviyyəsindən 2171,4 m yüksəklikdə yerləşən Qrız.

Mən və gənc yazar Rəvan Cavid yol boyu Prustdan, Coysdandanışa-danışa pəncərənin o tərəfində qaçışan mənzərələrə tamaşa edirdik.

İçəridə yeddi-səkkiz nəfər varidi. Bir az əvvəl bir-birimizlə tanış olmuşduq. Bizə bir ingilis və Hataylı birtürk qardaş da qoşulmuşdu. Türk çox həvəsliydi, tez-tez dil qəfəsə qoymadandanışırdı. İşıq dirəklərini göstərib deyirdi ki, baxın, biz bundan yapıyoruq.Azərbaycanı, Bakını və misi tərifləyirdi. Buralar onu heyrətləndiribmiş. Hərdən"soyuq zarafatlar”ı olmasa, çox maraqlı həmsöhbət idi.


Xaçmazda daha bir qrup bizəqatıldı. Xanımlardan biri qapqara bir it də gətirmişdi. Sevgilim, onun rəfiqəsiitin heç nə ifadə etməyən baxışlarından sıyrılıb yanımıza gəldilər.

Yol bitmək bilmirdi. Sıldırımlıqayalar, dağlar görünürdü. Hamı bu mənzərələri telefonun yaddaşına köçürməküçün əldən-ayaqdan çıxırdı.

Körpü sonuncu dayanacağımızimiş, sən demə... Burdan düz Qrız kəndinə pay-piyada getməli idik.

Altdan-üstdən qıfıllanmışdıq.Elə ki bir təpəni aşdıq, hamımız istidən birtəhər olduq. Gün təpəmizdənvururdu.

Hər yer daş idi. Dünya sankidaşdan ibarət olmuşdu. Hərdən mən bu daşları ya tısbağaya, ya da ayıyaoxşadırdım.


Ayaqlarımız hər dəfə daşlatoqquşurdu. Yorğunduq, əldən düşmüşdük. Amma hələ kənd görünmürdü. Bir yerəçatanda nədənsə içimdə şeir demək duyğusu baş qaldırdı.

Türk bunu eşidəndə çoxsevindi, "şairim” dedi, söylə gəlsin. Mən şeiri demək üçün boğazımı arıtlayandahiss elədim ki, ləhləyən, çiyinlərini atıb-tutan adamların indi bu heç vecinədeyil. Onlar üçün tək məqsəd var: bu dağları aşıb kəndə çatmaq.

Dağın döşündə sıralanıbgedirdik. Hərdən boyunbağı düzəltdiyimiz sıramızdan bir muncuq düşürdü, arxadannəfəs alışı eşidilirdi. Dağın sinəsi ilə yuxarı qalxırdıq. Qalxa-qalxa dahavanın dəyişdiyini və beynimdəki qarmaqarışıqlığın yoxa çıxdığını hissedirdim. Elə bil görünməz bir liftlə buludlara çatırdıq.


Rəvanı gözdən itirdim, o,bizdən xeyli qabağa düşmüşdü. Elə bil bir-birimizlə yarışırdıq. Deyirdim, heçolmasa Borxesdən-zaddan danışıb başımızı qatardıq. Sus-pus getmək məni daha çoxyorurdu. Bədənim ağırlaşmağa başlayır və bu ağırlığı zavallı ayaqlarım daşıyabilmirdi.

Türk qardaşımızın isə dünyaumrunda deyildi. Adamın 40 yaşı vardı, amma 18 yaşındakı kimi aparırdı özünü.Bir ara danışdıq onunla: "Abi, sen çok genç gösteriyosun”, "Esas güzellikmoralle bağlı” dedi.

Son zamanlar insanlarınmutsuz olduğundan şikayətləndi. Mənə baxdı və dedi ki, sənin üz cizgilərindəmutsuzluq var.

- Ona görəmi şəkillərdəgülümsəyə bilmirəm, hocam?

- Belki de gülerken kendiniyakışıklı bulmuyorsun. Mesele, hayatını renglendirmen. Hiç bir kötü fikredüşmenen.

Çox enerjili adam idi. Mutluluk,həyat fəlsəfəsi və s. haqqında olduqca maraqlı fikirlər paylaşdı,danışdı-danışdı və sonra da gedib eyni şeyləri başqaları ilə bölüşdü. Elə biləlində məşəl mutluluk paylayırdı.

Kənd görünmürdü. Dağlar onugizlətmişdi. Bizimlə tapmaca oynayırdı dağlar. Çox çətin tapmaca idi bu. Əsəblərtarıma çəkilmişdi. Hər kəs yorğun, bitkin görünürdü.


Bir yerdə durub nəfəs dərdik.Uzaqdan adda-budda qarla örtülmüş dağlar görünürdü. Yuxarıdan aşağı baxandaadamın başı hərlənirdi. Bir daş ordan dığırlanıb düşəndə tamaşa etdik: xırdadaş böyük daşların içində it-bat oldu. Quş səsləri gəlirdi hardansa. Ağac yoxidi, bir də insanlar. Təbii, bizi saymasaq.

Şəkillər çəkdirdik. Türkqardaşımız zarafatlar etməyə başladı. Bir qız qalın kitab götürmüşdü özü ilə,psixologiyaya aid kitab. Türk dedi ki, adam elə bil adaya düşmüş, RobinzonKruzonun əlinə bu kitab düşsəydi, kef eləyərdi.

Yorğun-yorğun gülümsədik.

Yenə şeir demək istədim,alınmadı. Türk mənə baxıb qımışdı...

Biz kəndə çatmaq istəyirdik.İndi bircə bunu düşünürdük...

Yorğun gülümsəmələrlə yoladavam edirdik...

Və bələdçimiz bizi səslədi,çox az qaldığını dedi.

Gördüm ki, bizim itimiz dəəldən düşüb, kiminsə qucağında məsum-məsum ətrafa göz gəzdirirdi.

Bu arada Rəvanı tapdım, dediki, az qala ölürdüm, ölümdən qayıtdım. Sıldırımdan yuxarı dırmaşanda əlləritutacaq bir şey tapmayıb. Son anda onu komandadan kimsə xilas edib. Bizdeyə-gülə bunu danışanda artıq kənd görünmüşdü... Qışqır-bağır, sevinc,inanmsızlıq – duyğularımız bir-birinə qarışmışdı.


Kənd isə sus-pus qarşımızdadurmuşdu. Bu qədər hay-həşirə bir inni-cinni cavab vermədi. Elə bil kəndi birgecədə boşaltmışdılar. Arada yorğun-yorğun, heykəlsayaq bizə baxan inəklərolurdu, bir də uzaqdan-uzağa gələn it hürüşləri. Bu kənd dünyanınpisliklərindən ayrılmış kimi görünürdü. Elə bil nağıllar diyarına düşmüşdük.Bir azdan adamlar da çıxdı qabağımıza. Bir şeşə bığlı kişi ilə söhbətləşdik."Qğ” səslərinin çox olduğu cümlələr qururdu. Bəzən onu anlamırdıq, amma mən oadamı qucaqlamaq üçün özümü zorla tutmuşdum. Deyirdi, "qğxoş gəldiniz”, həmişəsiz gələsiz.

Çəpərin o tərəfində papağınıçıxarıb yelləyirdi. Xoşbəxtcə... İnəyi də yanında durub gövşüyürdü. Onun iri,şeşə bığları komandamızın yaman diqqətini çəkdi. Bir anlıq gürcü kəndlərinixatırladım. Orda da bu cür qocalar var idi. Yaşını soruşdular, 90 deyəndə əliniyellədi, amma tam yaşını demək istəmədi. Eləcə əlini yellədi. Hələ mənə sataşdıda: "Mən bunun kimi yaşlı deyiləm e...”


Biz yemək yeyəcəyimiz balacabir evə doluşduq. Arı pətəyinə oxşayan evə.

Bardaş qurub oturmuşduq,qabağımızda yekə bir süfrə.

Mən yenə şeir demək istədim.Türk qardaşımız həvəsləndirdi, amma xeyri olmadı. Nə qədər eləsəm də, diliməmisralar gəlmədi.

- Abi, daha senin için neyapalım ya?

Türk bunu deyəndə az-mazgülüş səsləri eşidildi. Rəvana dedim ki, getdikcə zarafatlarının keyfiyyətidüşmək üzrədir.

Çay gəldi ortalığa.Uşaqlığımızdakı stəkanlarda. Bildiniz də hansını deyirəm? Mənə elə gəldi ki, bukənd bizim hamımızın uşaqlıq dayanacağıdır. Kövrəklik, sevinc qarışıq bir duyğudolaşırdı içimizdə.

Bir də Zəhra vardı aramızda.Sapsarı, çilli qız. O qədər gözəl idi ki... Saçındakı bantiki elə bil Tanrınınözü ora qoymuşdu.

Soruşdum:

- Zəhra, qardaş, bacın var?

- Yox. Qubadadılar.


Gülüşdük buna. Zəhra kimçağırırdı ona gedirdi, onunla oynayırdı, söhbət edirdi. Hamımız Zəhranı çoxsevdik. Yemək yeyəndə fikir verdim, Zəhra boşqabı dizlərinə qoyub yedi. Nəvaxtsa qocalsam, bu mənzərəni həyatımın ən gözəl anları kimi nəvələrimədanışacam.

Lavaşdan yedik. Çox gözəlküftə gətirdilər, suyu məni hayıl-mayıl elədi.

Toqqaları bərkitdik, yolumuzşəlaləyə idi.

Amma...

Xanımlardan biri sözümü kəsdi:

- Əvvəlcə uşaqlara rəngliqələmlər, dəftərlər paylamalıydıq.

Uşaqlar bir təpənin başındasakitcə bizi gözləyirdilər. Zəhra da aralarında idi. Günəşin qohumu Zəhra. Eləsevgi ilə gülümsəyirdi ki... Bu cırtdan hardan sivişib bizdən tez ora getmişdi?


Uşaqlara dəftərlərini,qələmlərini payladıq. Avtobusda Bakıya gələrkən bu anı danışan oğlan bizəqəribə bir hadisədən söz açdı:

"Dəftərləri paylayırdıq.Axır-axır idi. Siz artıq getmişdiniz. Şəkillər filan çəkilmişdi. Bir də gördümki, bir uşağın qulağının dibindən qan süzülür. Özümüzü itirdik. Su filantapdıq. Uşağın boynunu təmizlədik. Sən demə, qələm giribmiş ora”.

Nağıllar kəndini geridə qoyubtəpəliyin üstündə Qrıza baxanda qəribə hislər keçirdim. Sanki illər əvvəl bukənddə olmuşam, həmişə bu kəndin suyundan içmişəm, bu kəndin yollarında ayaqdöymüşəm.

Qrızlı kişinin danışığıqulaqlarımda canlanırdı:

"Burda pul xərcləmirik. Pulişlənmir burda. İşləyənlər Qubadadı. Eləcə ərzaq filan alırıq”.

Kişinin danışıq tərzidodağımı qaçırmışdı.

Mən zarafatla soruşdum:

- Yəqin ki, siqaretiblok-blok alırsınız?

Qoca kişi əlini qulağına apardı:

- Hay!


Kənddən aralananda Rəvan mənədedi:

- Burdan yaxşı bir filmçəkmək olar.

Mən:

- Bir ay qalsam, gözəl birroman yazaram.

Başqa biri:

- Yaxşı fotolar çəkərəmburdan, bir az da qalsam.

Birdən içimi qüssə bürüdü:

- Görəsən, gecələr camaatneynir? Ürəkləri partlamır? Biz bircə dəfə işıq sönəndə dəli kimi oluruq...

Hamı susmuş, gülümsəyir vəaddımlayırdı...

Qrupumuzdakı türk xoşbəxtidi. Elə hey mutlulukdan danışırdı. Bir az əvvəl yanıma gəlib xoşbəxtliyin nəolduğunu soruşdu. Mən də "bir andır” dedim. Məsələn, bu kənddə olduğum anlarxoşbəxt anlarım oldu. Razılaşdı, amma dedi ki, eləyə bilməyəcəklərinlə eləcəklərinarasındakı məsafələr mutlulukdur.

Bizə bir yazı göstərdi:

Hayat nedir- Bir şeylerideğiştirebilme fırsat zamanı.

Aşk nedir - Gözlerine bakıpsıkılamamak, kusurlara gülebilmek.

Başarı nedir - Allahın sanaverdiği gizli görevi yerine getirmek.

Mutluluk nedir - Kötügrafiğin alt kısmına çizgi çekerek üstteki zirveyi fark etmektir.

Sevgi nedir - Özünüzeeleştirmeden katlanan insanlar a duyulan borç duygusu.

Sadakat nedir - İki çeşittir,sana göre ve onun beklentisi

Samimi olan sendekidir amaona hissettirdiğin aynı değildir, o yokken ki onun gerçek değeri.

Dürüstlük- Toplum ve senindoğrularına uygunluk

Dediyinə görə, burdayazılanlar onun fikri olsa da, min illərdən süzülən düşüncənin sondayanacağıdır. Daş ayağımıza dəyə-dəyə həyatın, sevginin, sədaqətin necə birşey olduğunu türk qardaşımızın yozumunda oxuyurduq.

Qalxırdıq, elə hey qalxırdıq.Hətta o qədər qalxdıq ki, bir yerdə mən uşaqlara üzümü tutub dedim:

- Bir az da qalxsaq, Allahaçatarıq.

Sevincliydik, yorğunduq.

Şəlalənin səsini eşidəndə dəyorğun əllərimiz havaya qalxdı.

Türk qardaşımız dedi ki,Türkiyədə Şəlalə apartmanında yaşayırmış. Gülüşmə düşdü.

Şəlaləmiz mağaradagizlənmişdi. Növbəti tapmaca kimi qarşımızda durmuşdu.

Hamımız şəlalənin yanındaşəkil çəkdirdik. Şəlalənin böyür-başını sırsıra bağlamışdı. Mən sırsıralarıqırıb mikrofon düzəltdim və hamıya payladım.

Əllərimiz buza döndü. Butərəf daha soyuq idi. Elə bil soyuducunun içinə girmişdik. Şairin dediyi kimi,barmaqlarımız əllərimizdə sırsıra tək sallanırdı...

Deyə-gülə təkrar kəndə vəordan da maşınımızın olduğu yerə getməliydik.

Yolumuz çox idi.


Hələ gitaristimizin mahnıoxumağını, günün əyildiyini görmədiniz.

Bu bizim dincimizi aldığımızanlar idi... Onların yanından sükutla keçirik... Bircə onu deyim ki, o yorğunluqlaoğlan necə gözəl oxudu, heyrət etdim...

Yol isə bitmirdi.

Yol heç zaman bitməz...

Hamımız xoşbəxt və yorğunidik.

Kəndə çatanda Qrızın camaatıbizə əl yellədi. Hamıyla çoxdanın tanışı kimi sağollaşdıq. Hətta mənə elə gəldiki, aramsız hürən itlər də, gövşəyən inəklər də bizimlə vidalaşırdı.

Qaranlıq öz yerini alandaQrızın az-maz görünən işıqlarına baxıb kövrək anlar yaşadım. Axşam düşəndəinsanı qəribə bir hüzn bürüyür axı. İndi isə o hüzn xoşbəxtliyə dolanmışdı.

İçimdə o kəndin hüzurugülümsəyir və bütün dünyanı Qrız boyda görürdüm. Qayıdanbaş nəhayət deyə bilmədiyim şeiri oxuyurdum: Nazim Hikmetin "Yaşamak" şeirini... 


Fotolar: Xaliq Vəliyev (Khalig Valizadeh)



TƏQVİM / ARXİV