Böyük Britaniyada “TikTok”un işçiləri kütləvi ixtisar oluna bilər
Həmkarlar ittifaqları və onlayn təhlükəsizlik üzrə təşkilatlar Böyük Britaniyada “TikTok” şirkətinin yüzlərlə işçini ixtisar etmək planlarını tənqid edərək parlament üzvlərini bu məsələyə təcili baxmağa çağırıblar.
Adalet.az xəbər verir ki, bu ixtisarlar şirkətin ölkədəki etimad və təhlükəsizlik (trust & safety) komandasını ciddi şəkildə azaldacaq və bu da istifadəçiləri dərin saxtakarlıqlar və onlayn zorakılıq kimi zərərli məzmunlara qarşı daha həssas vəziyyətə sala bilər.
Elm, İnnovasiya və Texnologiya Komitəsinin sədri, parlament üzvü Çi Onvuraya ünvanlanmış açıq məktubda həmkarlar ittifaqlarının nümayəndələri hökuməti onlayn təhlükəsizlik və əmək hüquqları ilə bağlı narahatlıqları araşdırmaq üçün dərhal tədbir görməyə çağırıblar.
Qeyd edək ki, bu çağırış avqust ayında “TikTok”un ana şirkəti olan Çində yerləşən “ByteDance”in London ofisində çalışan 400 nəfərin ixtisar ediləcəyini və onların vəzifələrinin Avropadakı digər ofislərə və ya üçüncü tərəf şirkətlərə ötürüləcəyini elan etməsindən sonra edilib.
“ByteDance” şirkəti isə onlayn təhlükəsizliyə önəmin azaldılması iddialarını rədd edərək bildirib ki, bu qərar süni intellektin (AI) məzmun moderasiyasında daha geniş istifadəsinə keçid planları ilə bağlıdır və məqsəd effektivlik və sürəti maksimuma çatdırmaqdır.
Digər Xəbərlər
05 Noyabr 2026 11:08
MKA: “Android TV box” cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
05 Noyabr 2026 07:36
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
03 Noyabr 2026 16:16
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
03 Noyabr 2026 06:57
Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
03 Noyabr 2026 06:56
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
28 Oktyabr 2026 09:24
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
28 Oktyabr 2026 07:14
Bu şəxslərə “ChatGPT” istifadə etməyi yasaqladılar
27 Oktyabr 2026 16:27


Bakı -°C

