Tərksilah olan PKK-çılar arasında təşkilatın yüksək səviyyəli lideri Bese Hozat da var

88 | 2025-07-11 14:18

İraqın Süleymaniyyə bölgəsində tərksilah olanlar arasında Hülya Oran da var.

Adalet.az ntv-yə istinadən xəbər verir ki, kod adı Bese Hozat olan Hülya Oran Cəmil Bayıkla birlikdə PKK-nın yüksək səviyyəli lideri və KCK İcraiyyə Şurasının həmsədridir.

    O, 2015-ci il oktyabrın 28-dən Türkiyə Daxili İşlər Nazirliyinin açıqladığı “ən çox axtarılan terrorçular” siyahısında qırmızı kateqoriyadadır. Nazirlik Oranın tutulması üçün 20 milyon lirəyə qədər pul mükafatı elan etmişdi.

    TƏQVİM / ARXİV