adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"Taqətdən düşən əsgərlər iti kəsib, şişə çəkdilər..."

REY KƏRİMOĞLU
15829 | 2012-12-25 00:55

Qarabağ müharibəsinin gerçək hekayətlərini Lent.az-a və "Ədalət"ə kəşfiyyatçı Rey Kərimoğlu yazır

Layihə: "Kəşfiyyatçının xatirələri"

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyiyazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub,amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdəndaşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir,yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır.Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlarheç vaxt unudulmur.

Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdəqəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsindəsağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilkillərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməniişğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranmasıprosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədəntəsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyinbir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz halagəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçəkşahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsiniəbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...

Həmin gün xocalıları xilas etmək üçün döyüşən xeyli ağdamlı şəhidoldu... Tanıdığım döyüşçülərdən Canpoladla Xosrov da şəhid olanlar arasındaidi. Həmin gün döyüşdə təkcə bizim kənddən 3 nəfər - Nail Nəsirov, MüşviqRəhimov və Seymur Zakiroğlu yaralandı. O döyüşdə bütövlükdə 55 ağdamlıdöyüşçünün həlak olduğunu dedilər. Üstündən 1 həftə keçəndən sonra daxocalılardan bir dəstəsi Ağdamın Cinli-Əlimədətli kəndlərinə gəlib çıxdı. Ayaqyalın, baş açıq, əl-ayaq donmuş, bir çoxu da yaralı...

Fevralın 26-da səhər biz Ağdamın Şelli kəndi yaxınlığındakı Qaraqayaistiqamətindən - Əsgəran tərəfdən xəndəyin içərisi ilə iki jurnalistingəldiyini gördük. Onların birinin əlində videokamera, digəri isə əlində kameraolanı arxadan qoruya-qoruya bizə tərəf qaçırdılar.

Əvvəlcə istədik onları vuraq, amma vurmadıq. Yaxınlaşanda əlindəkamera olan adam Azərbaycan dilində bizə səsləndi:

- Vurmayın! Vurmayın! Biz də özümüzünkülərdənik!

Əlində kamera olan şəxs türk jurnalist idi, digəri isə azərbaycanlı.Üstündən uzun illər keçəndən sonra, yalnız 2005-ci ildə Türkiyənin tanınmışjurnalisti İrfan Sapmaz "Yeni Müsavat" qəzetinə açıqlamasında dedi ki, həmin gün əlində kamera olanjurnalist o olub, ikinci şəxs isə Azərbaycanın tanınmış jurnalisti Ağası Hunimiş. İrfan Sapmaz bildirib ki, o zaman Türkiyənin TRT 1 televiziya kanalındaişləyirmiş və həmin çəkilişləri də bu kanal üçün çəkib. Maraqlıdır, 1992-ciildə, fevralın 26-da çəkilmiş o kadrlar hanı, niyə ortalıqda yoxdur? Yalnızüstündən 15 il keçəndən sonra, səhv etmirəmsə, 2007-ci ildə İTV-də çəkilənsəndəli filmdə bir neçə kadr göstərilib. Həmin kadrlarda belə çox vacib faktlarvar.

BU MƏLUMATLARI HAMIMIZ TƏKRAR-TƏKRAR OXUMALIYIQ

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri dəXocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimiinsanlıq tarixinə düşmüş qanlı olaydır. Müxtəlif yerli və xarici etibarlımənbələrdən təsdiqlənmiş dəqiq məlumatlarda deyilir:

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlıqüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri,keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətininvə texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşənXocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətinihəyata keçirmişdir.

Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, ocümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrləöldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınlarınqarınları süngü ilə deşik-deşik edilmişdir. 1275 nəfər əsir və ya girovgötürülmüşdür. Hücumda həmçinin mayor Ohanyan Seyran Muşeqoviçin (SeyranOhanyan hazırda Ermənistanın müdafiə naziridir) komandanlığı altında 366-cıalayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. ("Xocalının işğalına dair istintaqmateriallarından")

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkənəvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzininməlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktıaşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq)məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyənedilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpəyaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür.Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydəalmışdır...

Ağdamda təkcə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov(1992-ci ildə şəhid oldu) 1005 Xocalı sakinini girovluqdan azad etdi...

Xocalı soyqırımına haqq qazandıran Robert Köçəryan və Serj Sərkisyanözləri də etiraf edirlər ki, onlar bu faciəni ona görə törədiblər ki,azərbaycanlılar bilsinlər ki, ermənilər zarafat etmirlər.

Xocalıdan sonra Umudlu təhlükədə idi...

11-ci yazı

Ötən xatirələrimizdə Ağdərənin Umudlu kəndi haqqında məlumatvermişdik. Umudlu üç tərəfdən uca dağlarla, bir tərəfdən isə Sərsəng su anbarıilə yanaşı çoxsaylı erməni kəndlərinin mühasirəsində yerləşən qədim birAzərbaycan kəndi idi. Buranın Azərbaycanla əlaqəsi yalnız vertolyotlaolduğundan kənddə işıq, ərzaq, dərman və digər problemlər mövcud idi. KəndiŞirin Mirzəyevin komandiri olduğu hərbi hissənin adi silahlarla silahlanmış 55nəfərlik dəstəsi qoruyurdu.

Kənddə vəziyyət ağırlaşdıqca, Şirin Mirzəyev bir peşəkar hərbçi kimiAzərbaycan Respublikasının rəhbərliyinə, Müdafiə Nazirliyinə və digər aidiyyatıorqanlara dəfələrlə telefonoqrama göndərib. Həmin telefonoqramların surəti bugün də Şirin Mirzəyevin əsgərlərində qorunub saxlanılır. (Onların böyük birhissəsi hərbi jurnalist İbrahim İbadoğlunun (Rüstəmovun) 1995-ci ildə işıq üzü görən"Sərkərdə" kitabında da verilib. Biz ŞirinMirzəyevin və onun komandiri olduğu hərbi hissə ilə bağlı saxlanılan bütünsənədləri ilk dəfə olaraq yaxın vaxtlarda Lent.az da yayacağıq). Onlarıniçərisində Umudlunun xilas olunması ilə bağlı Şirin Mirzəyevin narahatçılığınavə ciddi-cəhdlərinə cavab olaraq 1992-ci ildə, fevralın 18-də Qarabağ MüdafiəKomandanı Tahir Əliyevlə Müdafiə Nazirliyinin qərargah rəisinin müavini FəhminHacıyev tərəfindən verilmiş bir sərəncam da var: "Ağdərə rayonunun azərbaycanlılar yaşayan Umudlu kəndində yerlisakinlərin və kəndi qoruyan Milli Ordu əsgərlərinin təhlükəsizliyini təminetmək üçün 1992-ci il fevral ayının 18-dən etibarən onların kənddənçıxarılmasına sərəncam verirəm".

Əsgərlərimiz Umudlunu tərk edir...

Bu sərəncamdan sonra fevralın 22-də Umudlu kənd sakinlərinin ümumiyığıncağının bir qərarı var. Umudlu kənd sovetinin sədri Rafael Niftalıyevinimzaladığı sənəddə kəndin real vəziyyəti əks etdirilib. "İndiyənə qədər olmazın əzabınaməruz qalmışıq, artıq 5-ci ilə keçib ki, qorxu və dəhşət içində yaşayırıq.Məktəbimiz yandırılıb, evlərimiz top atəşi ilə dağıdılıb, dekabrın 23-dən(1991-ci il) daimi məskənimiz soyuq səngərlərdir. Bu ölüm-dirim mübarizəsindəbizə silah da verən olmadı. Dünənə qədər başımızın üstündə yüzlərlə ağa varidisə, bu ağır gündə bir rəhbər tapılmır ki, ətəyindən yapışaq. Yaxşı ki, Ağdamtaborunun (Ş.Mirəzyevin Umudludakı dəstəsi nəzərdə tutulur) könüllüləri -yurdumuzun qeyrətli oğulları varmış. Onlar olmasaydı, indi yəqin ki, Umudlu darespublikanın xəritəsindən silinmişdir..." Ürək ağrısı ilə oxuduğumuz busətirlər yazılanda hələ Umudlu işğal olunmamışdı. Amma vəziyyət son dərəcə ağırduruma gəlib çatmışdı...

Mən yanvarın sonlarında digər əsgərlərlə birgə əvəz edilərəkUmudludan çıxmışdım deyə kəndin son günlərində orada olmamışam. Biz qayıdandansonra baş verən hadisələri Umudludakı qrupa rəhbərlik edən baş leytenantFəxrəddin Rəcəbovdan, kəşfiyyatçı Eldar Səmədovdan, gənc əsgər Rafiq Qarayevdənvə kənd sakini Məhəmməd Nağıyevdən eşitdiklərimi danışıram sizlərə...

Fəxrəddin Rəcəbov deyir ki, fevralın 28-də Şirin Mirzəyev vertolyotlaözü Umudluya uçub. Şirin Mirzəyevin igidliyi sayəsində həmin gün yerli əhaliniçıxarmaq üçün hərbi vertolyotların müşayiəti ilə kəndə iki vertolyot enib. Birinci reysləyerli əhalini və əsgərlərin (Həmin ərəfədə əsgərlərin sayı 55 deyil, 35 olub)bir qismini yola salıblar. İkinci reysə isə yanacaq olmadığını bəhanə edərəkbir vertolyotlardan biri qayıtmayıb. Əvvəlcədən razılaşdırılmış plana uyğunolaraq postlarda qalan və ən sonda vertolyota minməli olan 18 əsgər və 7 nəfəryerli sakin də qaça-qaça vertolyot meydançasına gəliblər. Lakin cəmi birvertolyot olur o da bunlar çatana qədər dolur.

Vətən uğrunda iti kəsib

yedilər

Həmin günləri F.Rəcəbov belə xatırlayır: "Səhəri günə də vertolyotun gələcəyinə ümid yox idi. Ermənilərətrafdan hər şeyi görürdülər və onlar bizim gücümüzün azaldığını bilməmişdeyildilər. Çıxılmaz vəziyyət yaranmışdı. Ermənilərin tam əhatəsində, hərbisursatımız az, özümüz də cəmi 25 nəfər. Qərar aldıq ki, ehtiyat variantı işəsalaq. Heç bir tədarük görə bilməsək də, əlacsız qalıb meşəyə çəkildik. Bunaməcbur idik. Uşaqlar rabitə cihazını ("Ratsiya")elektrik mənbəyi ilə birləşdirən naqili yaddan çıxarmışdılar deyə batalyonlaəlaqə saxlamaq mümkün olmadı. Həmişə qarlı olan Murovdağın bəlkə də insan ayağıdəyməyən sıldırımları ilə irəliləmək çox çətin idi. Bir az keçmiş kəndsakinləri getməkdən imtina etdilər. (Digər əsgərlər mənə dedilər ki, sakinlərbu dəstənin sağ-salamat Kəlbəcərə gedib çıxacağına inanmırmışlar - R.K.) Onlarınə qədər dilə tutsaq da xeyri olmadı. Hətta bir sakinlərindən biri qabardanbərkiyib sanki daşlaşmış əlini bizə göstərək dedi ki, "neçə illərlə bu əllərimlətikdiyim ikimərtəbəli evimdə heç bir gecə də yatmamışam, qoy erməni məniöldürsün, amma buradan gedən deyiləm!"

Bütün təkidlərimizin əhəmiyyətsiz olduğunu görüb inadımızdan əlçəkdik. Kənd sakinlərindən yalnız biri - Məhəmməd Nağıyev bizimlə gedəcəyinidedi. Digər kənd sakinləri geri qayıtdı. Biz isə irəliyə doğru getməyəbaşladıq. Kəndi tərk edərkən bizə qoşulmuş ov tulası da yanımızda idi. Xeyligetmişdik, artıq uşaqlar yorğunluqdan yeriyə bilmirdilər... Əvvəllər arandanyaylağa köç edərkən camaatın saldığı yurd yerlərindən birinə çatdıq. Oradadayandıq. Ocaq qalayıb, bir az qızındıq. Uşaqlardan kiminsə götürdüyü və yeganəərzağımız olan suxarını yedik. Saşa adlı gənc bir əsgər islanmış çəkmələriniqurutmaq üçün onları ocağın kənarına qoymuşdu. Birdən onun çəkmələrindən biriistinin təsirindən əriməyə başladı və tamam yarasız hala düşdü. Eldarın əsgərpapağının qulağından və kiminsə ködəkcəsinin qolundan ona ayaqqabı "tikdik". Bir az dincələndən sonra yenidən yola düzəldik. Aclıq, soyuq, qarlıvə aşırımlı yol biz tamam əldən salmışdı. Bir neçə nəfərin ayağını artıq donvurmuşdu... Saşanın vəziyyəti isə lap ağır idi... Qarın üstündə çox getməkdənŞahinin gözü qara düşmüşdü. Yayda da qarlı olan Murov dağında hara baxırdınsa,hər tərəf göz işlədikcə ağappaq sahə idi. İki gün keçmişdi, artıq uşaqlardayeriməyə taqət qalmamışdı. Eldar mənə yaxınlaşıb dedi ki, bir az qabağagedəcək. Düşündüm ki, yəqin kəşfiyyata gedir. Bir az keçmiş güllə səsi gəldi.Amma avtomat yox, "TİR"deyilən kiçik çaplı tüfəngin səsi idi. Çox narahat oldum, elə zənn elədim ki,kimsə özün vurdu. Onlara yaxınlaşanda qar üzərində qan izi gördüm. Bu məni dahada qorxutdu. Bir az da irəli getdim, yerimdə quruyub qaldım-qarın üstündə itcəsədi var idi... Eldar bizimlə kənddən gələn ov tulasını vurmuşdu. Bu ikigündə ona yamanca öyrənmişdik... Saşa iti səliqə ilə, qoyun kimi soydu. Çox pisolmuşdum, amma heç nə demədim. Uşaqlar ocaq qalayıb, itin ətindən yaxşı bir "kabab" çəkdilər... Bəzi əsgərlərimiz əvvəlcə yemək istəmədilər, lakinmüəyyən "profilaktik" söhbətdən sonra hamı yedi(sonralar Məhəmməd Nağıyevlə Rafiq Qarayev mənə dedilər ki, it ətindən, guya,onlar yeməyib - R.K.) Amma "kababın"qoxusu pis deyildi... (Gülür) "Kababdan" sonra təxminən 7-8 saat hamının yerimək imkanı bərpa olundu".

Ancaq sonradan onlar yenə yorulub əldən düşüblər...

Vəziyyətin ağırlaşdığını görüb, nisbətən gümrah qalan altı nəfəriKəlbəcərin Ağdaban kəndi istiqamətinə göndəriblər. Əslində bunu ona görəediblər ki, heç olmasa, hamı məhv olmasın. Kimsə bizimkilərə dəstə barəsindəməlumat verə bilsin. Həmin altı nəfər Ağdaban kəndi istiqamətində yola düşüb.Göndərilən altı nəfər martın 2-də...

(Ardı var)

[email protected]

TƏQVİM / ARXİV