adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Gənc komandirin ölümü, direktor oğlunun bəxti, polkovniksiz ilk döyüş...

REY KƏRİMOĞLU
27858 | 2013-04-30 00:57

Qarabağmüharibəsinin gerçək hekayətlərini Lent.az-a və "Ədalət"ə ReyKərimoğlu yazır

Layihə:"Kəşfiyyatçının xatirələri"

Dost-tanışyaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara dahəmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlıbaş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər eləhey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları varki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxtyazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digərtərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasınaşəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalaninsanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərindəyaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməniişğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranmasıprosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədəntəsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənimbir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi busəhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gecdeyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, busəhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamiləoxunmaz hala gəlmədən...

26-cı yazı

Ağır itki

ŞirinMirzəyevin ölümündən sonra batalyonda əsgərlər arasında ruh düşkünlüyü yaşandı.O cümlədən məndə. Elə bilirdim ki, daha Qarabağı müdafiə edə bilməyəcəyik ,sanki inancımızı, güvəncimizi, dayağımızı itirmişdik. Bir çoxları kimi mən hələdə buna inanmırdım. Kəşfiyyat dəstəsinin yerləşdiyi binadakı otağımda tez-tezməni qara basırdı. Gecə çarpayıda uzanıb gözümü yuman kimi qapı açılırdı, səsəayılırdım ki, Şirin Mirzəyev içəri daxil olur. Tez durub uşaqları çağırmaqistəyirdim ki "ay uşaqlar, komandir ölməyib!" Amma bir də görürdümki, o, qeybə çəkildi, bunlar hamısı qarabasmadır.

Hidayəti dəitirdik...

Minaatanlardəstəsinin komandiri Hidayət İbrahimov dəstənin yerləşdiyi binada otaqlarınbirinin divarından böyük bir Azərbaycan bayrağı asdırmışdı. Bayrağın üstündə dəMəmməd Əmin bəyin iri bir portreti var idi. Ora dəstədən şəhid olan əsgərlərin fotolarını vururdular. Hər dəfə şəhid şəkliasılandan sonra Hidayət deyirdi ki, müharibədir, uzun müddət yas saxlamağavaxtımız yoxdur. Bu hadisə hər birimizi gözləyir. Sabah mən də şəhid olabilərəm. O zaman mənə də beləcə qısa müddətə yas saxlayarsınız. Həmişə bunudeyib, uşaqları "yasdan çıxarırdı".

ŞirinMirzəyevin yeddisi günü minaatanlar dəstəsinin komandiri, qəhrəman döyüşçümüzHidayət İbrahimovu avtoqəzada faciəli şəkildə itirdik. Çılğın, olduqcahumanist, amma bir o qədər də davakar bir gənc, komandir idi Hidayət. NədənsəHidayəti həmişə Azərbaycanın böyük yazıçısı Sabir Əhmədlinin "Yamacdanişanə" əsərindəki Laçına bənzədirəm. Laçınla Hidayətin xarakterində,taleyində bir eynilik var idi. O da Laçın kimi bu dünyadan nakam köçdü...

Hidayətyaralı halda hospitalda olanda elə bilirdik ki, yaşayacaq. Amma yaşaya bilmədi,daha doğrusu, yaşamaq istəmədi... Əfqanıstan müharibəsini odundan, alovundansağ-salamat çıxan Hidayəti Qarabağda itirdik. Uşaqlar onun şəklini otaqlarındadivardan vurdular. Otağındakı çarpayısının üstünə qızılgüllər düzdülər,böyüdülmüş fotosunu balışının üstünə qoydular.

Amma dahabizi heç kəs yasdan çıxara bilmirdi...

AllahverdiQəmbərov batalyon komandiri oldu

ŞirinMirzəyevin və Natiq Camalovun ölümündən sonra batalyona Allahverdi Qəmbərovkomandir təyin olundu. Kolanı dərəsinin mərd, cəsur və mübariz bir oğlu idiAllahverdi. Kolanı dərəsi demişkən, tarixi bir məkan olan bu dərədən Qarabağmüharibəsində xeyli insan şəhid oldu...

Yerigəlmişkən, Kolanı şəhidlərinin bir qisminin adını çəkib, ruhlarını şad edək:Şiraslan Nəsibov, Əlabbas İsgəndərov (Azərbaycanın Milli Qəhrəmanı), Şəmsəddinİsgəndərov, Elxan Fərzəliyev, Çingiz Mustafayev, Mahir Hüseynov, İlqar Quliyev,Bəylər Zeynalov, Allahverdi Qəmbərov (ölümündən sonra "Azərbaycan Bayrağı"ordeni ilə təltif edilib), Telman Həsənov, Yelmar Ədilov (Azərbaycanın MilliQəhrəmanı), Fərhad Əsgərov, Qədir Şirinov, Atamoğlan Məmmədov, Akif Əsədov,Bəylər Qəmbərov, Səməndər İsgəndərov, Elşən Edilov, Elçin Hüseynov, Əlcəzair(Qazax) Vəliməmmədov, Telman Babayev, Nadir Əliyev, Məhəmməd Alməmmədov, İdrisHümbətov, Saleh Ələkbərov, Natiq Əhmədov, Səftər Cəfərov, Şahin Məmmədov, SahibHüseynov, Yusif Cəfərov, Adil Əliyev, Bəşir Rzayev, Elnur Gülməmmədov, İlqarHəsənov, Hüseyn Muradov və çox güman ki, adını unutduğumuz da neçə-neçə digərşəhidləri var Kolanının. Ruhları bizi bağışlasın!

AllahverdiQəmbərov Şirin Mirzəyevin ən yaxın silahdaşlarından, sirdaşlarından idi. Heçyadımdan çıxmaz, 1992-ci ilin əvvəllərində ermənilərin qərar tutduğuFərrux-Daşbaşı mövqeyinə zərbə vurmaq üçün Yeddi Xırman adlanan yüksəkliyə topçıxarılmalı idi. Amma dağın başına sıx meşəliklə bu topu qısa bir vaxtda necəçıxarmaq olar? Şirin Mirzəyev o zaman bu ağır işi həmin ərəfədə qərargah rəisiolan Allahverdi Qəmbərova 10 gün müddətinə görməyi tapşırdı. AllahverdiQəmbərov da bu işi Cinli rotasının komandiri Rasim Nəsibovun vaxtında və dahakeyfiyyətlə yerinə yetirə biləcəyini dedi. Onlar düz yeddi günə topu YeddiXırmana çıxardılar. Yağışlı, qarlı havada traktorlarla dağın başına necə yolçəkildiyini döyüşçülər Rasim Nəsibov, Elman müəllim, Alış müəllim daha yaxşıbilirdilər. Hər üçü orta məktəbdə dərs dedikləri üçün bütün əsgərlər onlaramüəllim deyirdi. Müəllim dediyimiz bir döyüşçü dostumuz da var idi - Mehralımüəllim. Müharibədən sağ çıxsa da, torpaqlarımızın işğalından sonra çox yaşayabilmədi Mehralı müəllim. Ürəyi tap gətirmədi bu itkiyə...

AllahverdiQəmbərov haqqında gələn yazılarımızda daha ətraflı məlumat verəcəyik.

Fəhlə-kəndçibalaları ilə yanaşı direktor oğlu da döyüşürdü...

Bizimkəndimizin fəhlə, qulluqçu, müəllim və kasıb balaları ilə yanaşı, uzun illərsovxoz direktoru işləyən Arif Abdullayevin oğlu Sakit Abdullayev ŞirinMirzəyevin yaratdığı batalyonun ilk könüllülərindən idi. Yeri gəlmişkən,Qarabağın ağır seyidlərindən sayılan Seyid Lazım Ağanın nəvəsi Lazım da bizimləbirgə döyüşürdü...

SakitləŞirin Mirzəyevin şəxsən özünün keçdiyi ilk təlimdə birgə iştirak etmişik.Sonrakı dövrlərdə isə onunla Ağdamın Abdal kəndinin ermənilər yaşayan Yenicəkəndi tərəfində - dağın başında bir postda olmuşam. Bu uca dağın başındaermənilər bizim posta hücum etdilər. Atəş altında səngərdən çıxıb təbiətinyaratdığı bir qədər daha etibarlı səngər kimi çalada mövqe tutduq. Üzüermənilərə tərəf vuruşduğumuz zaman qəflətən sağ tərəfdən atılan güllərəqarşımızdakı torpağı, daşları göyə sovurdu. Sakit arxası üstə geri atıldı. Eləbil kimsə Sakiti götürüb zərblə geri atdı. Rəngi ağarmışdı Sakitin. Elə bildimonu vurdular. Sakitə yaxınlaşdım. Əlimlə nəbzini, güllə dəyib-dəymədiyinibilmək üçün sinəsini başını yoxladım. Sağ idi. Bəs nə olmuşdu ona? Özünə gələnSakitin dodaqları iri lopa bığlarının arasından qaçdı-gülümsədi. Əlini soltərəfə, ürəyinə sarı aparıb təbəssümlədedi:

- Vallah,Allah saxladı ha, yoxsa ölmüşdüm, qaqa!

GülləSakitin uzanarkən sürüşərək düz ürəyinin üstünə gəlmiş patronqabı (30 güllətutan 4 daraq yerləşən qalın, balaca çanta) çantasının cod bir yerinə dəyibistiqamətini dəyişərək sol qolunun altını yalayıb keçmişdi.

Sakitinölümdən qurtulan an gördüyüm siması indi də gözümün qabağındadır.

Canyataq,Gülyataq döyüşü...

İyununsonları idi. Bizi əməliyyat adı ilə Ağdam rayonunun Qalayçılar kəndinəapardılar. Orada məktəbdə Bakıdan, Şəkidən və Ağdam mədəniyyət evindən gələnmusiqiçilər, sənət adamları konsert verirdilər. Elə konsert yenicə başlamışdıki, ermənilər kəndi ağır artilleriyadan atəşə tutdular. Qarışıqlıq düşdü. Bizimkəşfiyyat dəstəsinin əsgərləri ilə batalyonun əsgərləri toplaşdıq. İndiunutmuşam, digər bir batalyon da bizimlə orada idi. A.Qəmbərov bizə bildirdiki, Canyataq və Gülyataq kəndlərini ermənilərdən təmizləmək üçün əməliyyatolacaq. Rasim Edilovun komandiri olduğu və digər rotalarla birgə CanyataqlaGülyataq istiqamətinə irəliləməyə başladıq...

Rasiminqardaşı Şəfa Edilov da bizimlə idi, birlikdə irəliləyirdik. Elə də böyükolmayan dağın başında ermənilər mövqe tutmuşdu. Canyataq və Gülyataq o dağlarınarxasında yerləşirdi. Ermənilərin postuna xeyli yaxınlaşdıq və ŞirinMirzəyevsiz ilk ağır döyüşə başladıq...

[email protected]

(Ardı var)

TƏQVİM / ARXİV