The Media Line agentliyi mənbələrinə istinadən yazır ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbidtsnına səfəri zamanı Vaşinqton Fələstinin müstəqilliyini tanıya bilər.
Gələn həftə, 13-16may tarixlərində, paytaxt Əl-Riyadda keçiriləcək sammitdə ABŞ prezidenti Donald Tramın da iştirak edəcəyi gözlənilir.
"Bu sammitdə Prezident Donald Tramp Fələstinin ABŞ tərəfindən tanınması ilə bağlı deklarasiya təqdim edəcək"- deyə agentlik iştirakçı ölkələrin diplomatlarından birinin sözlərinə istinad edib.
Gözlənilir ki, ABŞ prezidenti həmçinin "HƏMAS"-sız Fələsin dövlətinin yaranmasını elan etsin.
Rüstəm Hacıyev