MEDİA-nın kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

10 may tarixində Medianın İnkişafı Agentliyinin kollektivi müasir Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Adalet.az xəbər verir ki, ziyarətdə Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Digər Xəbərlər

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü başlayıb - VİDEO

Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub

Rəşad Məcid: Azərbaycan mediasının əsas qayəsi cəhalətlə mübarizə olub
