Bakı KTM-in təşkilatçılığı Azərbaycan media nümayəndələri ilə görüş keçirildi - FOTOLAR

Bakı KTM-in təşkilatçılığı, TİKA və Yunus Əmrə İnstitutunun iştirakı ilə Azərbaycan media nümayəndələri ilə görüş keçirildi.
23 avqust tarixində “Tarık Usta” restoranında baş tutan tədbirdə Azərbaycan mətbuat nümayəndələri ilə səmərəli görüş təşkil olunub. Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Muhittin Macit, Egedeniz PR agentliyinin rəhbəri Serdar Keskin, Yunus Əmrə İnstitutunun nümayəndəsi Hüseyn bəy, TİKA Bakı nümayəndəliyinin rəhbəri Hayrettin Özçelik, Egedeniz PR agentliyinin Azərbaycan üzrə təmsilçisi Aynur Allazova, eləcə də ölkənin aparıcı media qurumlarından olan 20-yə yaxın jurnalist iştirak edib.
Tədbir çərçivəsində Azərbaycan–Türkiyə mədəni və turizm əlaqələrinin mövcud vəziyyəti, inkişaf perspektivləri və yeni əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. İki qardaş ölkə arasında informasiya və təbliğat sahəsində körpü rolunu oynayan azərbaycanlı jurnalistlərin fəaliyyətinə yüksək qiymət verilib, onların əməkdaşlığa verdiyi töhfələr üçün xüsusi minnətdarlıq ifadə olunub.
Digər Xəbərlər

Sabah çimərliklərdə hava necə olacaq? - AÇIQLAMA

Ombudsman media subkyetlərinə və valideynlərə uşaqlarla bağlı çağırış edib

Yorğun və yuxusuz halda sükan arxasına keçməyin - BDYPİ-dən xəbərdarlıq - VİDEO

İki ay sonra Qərbi Azərbaycan İcmasındakı vəzifəsindən istefa verdi

İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi - VİDEO

Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edildi - SİYAHI

Prezidentlə xanımı arasında maraqlı zarafat: “Sən də sağ ol!” - VİDEO
jpg-1755850423.jpg)