ABŞ prezidenti Donald Tramp, Ağ Evdə 35 ildən artıq davam edən Ermənistan-Azərbaycan münaqişəsinə müvəffəqiyətlə son qoymağı bacardı. Birləşmiş Ştatlar prezidentinin təşəbbüsü və iştirakı ilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, çoxdan gözlənilən sülh sazişini parafladılar...
Donald Tramp artlq üç il yarlmdan çoxdur Rusiya-Ukrayna arasında davam edən müharibəni dayandlrmaq üçün, növbəti (bəlkə də sonuncu) addımını atmağa cəhd edir. Belə ki, xəbər verildiyi kimi, ABŞ prezidenti bunun üçün avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşəcək.
Təbii ki, Tramp başa düşür ki, onun təşəbbüsü ilə Azərbaycan-Ermənistan arasında Ağ Evdə, özünen dı iştirakı ilə sülh razılaşması əldə oluması qədər asan olmayacaq və bəlkə də, mümkün olmayacaq.
Ağ Evin keçmiş prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton ABC telekanalına müsahibəsində bildirib ki, "Tramp Putinə "ilk gediş üçün" imkan yaradıb". Rusiya prezidenti irəli sürdüyü şərtlərdən geri çəkilməyəcək. Belə ki, ABŞ prezidenti təqdim edəcəyi sülh planını tanış olmaq üçün, Rusiya prezidentinə təqdim edib. Həmin plana görə, Ukrayna işğal olunmuş ərazilərinin bir hissəsindən - Krım, Donetsk və Luqnsk vilayətlərindən əl çəkməli və bununla bağlı Konstitusiyada dəyişiklik etməlidir. Rusiya tərəfi isə, işğal etdikləri Xerson və Zaparojye vilayətlərini Ukraynaya qaytarnalıdır.
Əvvala, Ukrayna prezidenti Volodimir Zelenski, heç bi halda, Putinin atəşin dayandırllması ilə bağlı irəli sürdüyü şərtləri-"Ukraynanın işğal olunmuş Krım, Donbass, Luqansk, Xerson və Zaparojye vilayətlərini, Rusiyanın əraziləri kimi tanıması, NATO-dan birdəfəlik imtina etməli, silahlı qüvvələrini faktiki olaraq ləğv etməli, Ukraynada prezident seçkilərinin keçirilməsi və prezidentliyə namizədlər mütləq Rusiya tərəfiylə razılaşdırılmalıdır (? R.H.) və s. kimi "sərsəm" şərtləri ilə heç vaxt razılaşmayacaq".
Rusiya prezidenti Vladimir Putinin Trampın sülh planları ilə tam razılaşacağı da, şübhə doğurur. Çünki, Putin işğal etdiyi əraziləri, artıq Rudoyanın ərazisi hesab edir. Rusiya prezidenti Zelenskininin prezidentliyini guya "prezidenlik meddəti bitdiyi üçün" ligitim saymır. Yəni, Zelenskiylə görüşməkdən imtina edir. Belə olan halda, Trampla Putin araslnda baş tutacaq görüşdən müsbət nəticə gözləmək inandırıcı görünmür.
ABŞ prezidenti, çox güman ki, bu görüşdə sadəcə olaraq son şansını sınamaq qərarına gəlib...