Birləşmiş Ştatlarln prezidenti Donald Trampın xüsusi elçisi CNN telekanalına müsahibəsinədə bəyan edib ki, Rusiya və ABŞ guya Ukraynanın təhlükəsizliyinə təminat verəcəkləri barədə razılığa gəliblər.
Niyə guya deyirik? Ona görə ki, Putinin Rusiya prezidenti vəzifəsinə gəldiyi gündən bu günədək verdiyi bəyənatların, imzaladığı müqavilələrin heç birinə əməl etmədiyinin şahidi olmuşuq.
21-əsrin ilk onilliyində: "Millətçilik ən böyük axmaqlıqdır", "Rusiyanın Krımı Ukraynadan almaq istəməsi absurdu", "Rusiya heç vaxt Ukraynaya hücum etməyəcək", "Rusiya SSRİ-ni bərpa etmək fikirində deyil" və sair bu kimi bəyənatları, 21-ci əsrin ikinci onilliyində və daha sonra ötən illər ərzundə: "mən dünyanın bir nömrəli millətçisiyəm", "Krım Rusiyanın tarixi torpaqlarıdır", Keçmiş postsovet respublikaları, Rusiya imperiyasının əraziləridir" bəyənatları ilə əvəz olunaraq, 2014-cü ildə Krımı, daha sonra, Dinbass və Luqansk vilayərlərini ələ keçirdi. 2022-ci ildən isə, Ukraynaya hücum edərək, daha iki-Xerson və Zaparijye vilayətlərini də işğal etdi. Yəni...
Yəni, Pusiya prezidentinin nə verdiyi sözün, nə də imzaladığı hər hansı bir sənəd etibarlı sayıla bilməz.
Rusiya xarici işlər nazirinin Alyaska görüşünə sinəsundə "CCCP" (SSSR) yazılmış köynəkdə gəlməsi, diplomatik mənada, "biz imperiyanı bərpa etməyə gəlmişik" mesajı deyidimi?
Gözlənildiyi kimi, sülh danışıqlarına başlamaq üçün, Putin daha əvvəllər irəli sürdüyü şərtlərdən nəinki geri çəkilmədi, əksinə, işğal etdiyi vilayətlərin hazırda Ukraynanın nəzarətində qalan hissələrinin də, Rusiyaya verilməsini tələb etdi.(???)...
Görüşdən məmun qalmadığı üz cizgilərundən məlum olsa da, Tramp yenə də, emid edir ki, Ukrayna prezidenti Volodimir Zelenskiylə görüşərək, onu ərazi güzəştlərinə getməyə razı sala biləcək. "Danışıqlar yaxşı keçdi. İndi hər şey Ukraynadan asılıdır"- deyə görüşdən dərhal sonra bəyan etdi.
Daha sonra isə, Ağ Evin rəhbəri Truht Social şəbəkəsində, yazdı ki, "Ukrayna ərazilərinin bir hissəsini itirməyə hazır olmalıdır. Əks halda, müharibə davam etdikcə daha cox torpaq itirəcək".
Bu arada Briritaniyada səfərdə olan Zelenski , Alyaska görüşü başa çatdıqdan dərhal sonra, "Ukrayna konstitusiyasına" istinad edərək, ərazi güzəştlətinin qəbul edilməyəcəyini bəyan etdi.
Beləliklə, bu gün keçirilməsi nəzərdə tutulan Tramp-Zelenski görüşünün gərgin keçəcəyi şübhə doğurmur. ABŞ prezidenti Zelenskiyə Putinin şərtlərini qəbul etdirməyə çalışacaq, Zelenski isə, faktiki olaraq Kremlin kapitulyasiya şərtlərini qənul etməyəcək.
Yəni, görünən odur ki, atəşin dayandırılması ilə bağlı yaranmış cüzi ümidlərdə sönməyə başlayır. Müharibə isə daha da qızışır. ABŞ prezidentinin xüsusi elçisinin "Rusiya və ABŞ Ukraynanın təhlükəsizliyinə təminat verəcək" bəyənatının mürəkkəbi qurumamış, Rusiya adəti üzrə vədinə xilaf çıxdı və Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirdi...
Donald Tramp Ukrayna üçün ağır şərtlərlədə olsa, müharibəni dayandırmaq istəyir. Putin isə... Lavrovun köynəyinə "CCCP" yazdmaqla əsil niyyətini "nümayiş" etdirir...