adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

HƏMAS və İsrail davam edən müharibədən nə qazanırlar? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
424 | 2024-04-07 14:40

Yarım il bundan əvvəl Fələsitinin HƏMAS qruplaşması İsrailin yaxın ərazilərinə hücum etməklə, Yaxın Şərqdə yeni münaqişə ocağı yaratdı. 

Buna cavab olaraq, İsrailin müdafiə ordusi Qəzza bölgəsində HƏMAS-ın yaraqlılarına qarşı geniş hərbi əməlliyyatlara başladı. Daha sonra, münaqişə əraziləri genişlənərək Livandan Yəmənə qədər uzandı. Altı aydır davam edən İsrail-Fələstin münaqişəsini artıq yaxın onilliklərdə Yaxın Şərqdə baş verən ən uzunmüddətli və genişmiqyaslı münaqişə kimi qiyməgləndirmək olar.

Gərginliyin dərəcəsi günü-gündən artmaqdadır, tərəflər arasında barışıq perspektivləri demək olar ki, görünmür. Hadisələr göstərir ki, Yaxın Şərq genişmiqyaslı regional müharibə  təhlükəsi ilə üz-üzədir.

 Ötən ilin oktyabr ayında, HƏMAS-ın Qəzza bölgəsi yaxınlığında İsrailin Kibusi yaşayış məntəqəsinə və o ətrafda yerləşən hərbi bazalarına qəfil hücum etməsi ilə başlayan müharibənin ilk günlərində 1200-dən artıq vətəndaş öldürüldü, 240 nəfər əsir götürüldü. İsrailin müdafiə ordusu buna cavab olaraq hərəkata qarşı yerüstü əməliyyatlara başladı və yarım il ərzində 30 mindön çox fələstinlini qətlə yetirdi.

 Lakin bu altı ay ərzində İsrail qaşıya qoyulan əsas məqsədinə- HƏMAS-ı məhv etməyə və radikalların əlində qalan girovlarl azad etməyə çatmadı. Düzdür, bu vaxt ərzində HƏMAS-ın infrastrukturu, İsrail ordusunun zərbələrindən ciddi ziyan gördü, lakin əsas məqsədə çatmaq mümkün olmadı.

 Özünü Fələstin müqavimət hətəkatı kimi tədqdim edən radikal qüvvələr də hesab edirlər ki, İsrail altı aydır sürən müharibədə istər hərbi, istərsə də siyasi aspektdə çiddi nailiyyət əldə edə bilməyib. HƏMAS-ın siyasi rəhbərinin məsləhətçisi Tahir ən-Nuri bildirib ki, "İsrail qarşısına qoyduğu - girovların azad edilməsi, müqavimət hərəkatını məhv etməsi və Qəzza bölgəsinə nəzarəti ələ alması məqsədlərinə çata bilmədi. Sadəcə olaraq bu müddət ərzində 70 faizi uşaq və qadınlar olmaqla 30 mindən çox insanı qətlə yetirdi. İndi bütün dünya Fələstinin problemlərindən və özümüzün qanuni olaraq müstəqil dövlətimizi qurulmaq hüquqlarımızdan danışır".

Bu bədbəxt hərəkat üzvləri hələ də başa düşmürlər ki, Yaxın Şərqdə baş verən bütün hadisələrin başlnda "bütün dünya" dedikləri dünyanı idarə etmək niyyətində olan  "şeytan yuvası" dayanır. Müharibənin ilk günlərindən başlayaraq, Qətər, Misir, Türkiyə kimi dövlətlərin atəşin dayandırılması və münaqişənin danışıqlar yolu ilə davam etdirilməsi ilə bağlı vasitəçilik təşəbbüsləri məhz "seytan yuvasının" gizli müdaxiləsi ilə uğur qazana bilmir. Əksinə, İsrailin baş naziri Benyamin Netenyahu, Qəzza bölgəsinin cənubunda  yerləşən Rəfaha hücuma başlayacaqları ilə hədələyir. 

 Bundan başqa, müharibənin ilk günlərindən Livanda fəaliyyət göstərən İranpətəst "Hizbulla" terror təşkilatı da, İsrailə qarşı aqresdivlik göstərməkdədir. Bu, münaqişənin Livan ərazilərinə keçməsi, tərəflər arasında irimiqyaslı  müharibənin başlaması təhlükəsini artırır.

"Seytan yuvası" üzdə İsrail-Livan toqquşmasının baş verməsinə imkan verilməməsini bəyan etsə də, əslində müharibənin müqyasının genişləndirilməsiə çalışır.

Qərbin və ABŞ-ın əsas məqsədi , əzəli düşmənləri İranın da bu müharibəyə qoşulmasıdır. Aprelin 1-də İranın Suriyadakı konsulluğuna raket zərbələri endirməsi nəticəsində 6 nəfər yüksək çinli hərbiçisinin qətlə yetirməsi, bunu daha da tezləşdirə bilər. İran hələlik bu hücuma bir başa cavab verməsə də, proksi-gücləri vasitəsiulə İsrailə zərbə endirəcəyi şübhə doğurmur və İranın siyasi rəhbərliyi də, bəyənatlarında bunu təsdiqləyir. İranın Ali dini rəhbəri Əli Xamenei açıq şəkildə bəyan etdi ki, " Dəməşqkəki konsulluöumuza etdiyi hücuma görə, İsrail çox peşman olacaq". Tehranın diplomatik korpusuna hücumu cəzasız buraxscağı heç də inandırıcı görünmür.

İsrail bu bəyənatdan sonra, artıq təşvişə düşüb və hakimiyyət  İranın "qisas hücimuna" qarşı ciddi hazıtlıqlara başlayıb.

 

TƏQVİM / ARXİV