“Süni intellektin mediada tətbiqi” mövzusunda seminar uğurla yekunlaşdı - FOTOLAR

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən “Süni intellektin mediada tətbiqi” mövzusunda iki günlük seminar uğurla yekunlaşıb.
Bu barədə Adalet.az-a MEDİA-dan məlumat verilib.
Proqramın ikinci günündə media nümayəndələri süni intellekt texnologiyalarının informasiya istehsalında, məlumatların emalında və generativ məzmunun hazırlanmasındakı rolu barədə məlumat alıblar.
Sessiyalar Rəqəmsal marketinq və kütləvi kommunikasiyalar üzrə dosent, Neyroelmlər Laboratoriyasının rəhbəri, tanınmış alim Dr. Nikolas Hamelin tərəfindən keçilib, iştirakçılarla interaktiv müzakirələr aparılıb.
Seminar zamanı süni intellektin media sektorunda operativlik, analitika və məzmun istehsalı istiqamətində yaratdığı imkanlar, həmçinin rəqəmsal transformasiyanın gətirdiyi çağırışlardan bəhs edilib. Qeyd olunub ki, belə təşəbbüslər jurnalistlərin peşəkar inkişafına, innovativ texnologiyaların mediada məsuliyyətli tətbiqinə və informasiya mühitinin keyfiyyətinin yüksəlməsinə töhfə verir.
Digər Xəbərlər
27 Oktyabr 2025 14:02 Natiq Məmmədli: “Süni intellekt insan zəkasının alternativi deyil”
23 Oktyabr 2025 15:16 Media subyektləri daha 3 il vergiyə cəlb olunmayacaq
21 Oktyabr 2025 16:17 MEDİA və "Euronews"un birgə təlim proqramı başlayır
21 Oktyabr 2025 13:34 “Space TV”yə xəbərdarlıq edildi
15 Oktyabr 2025 16:52 Natiq Məmmədli: Qarabağın dirçəlişi Azərbaycan mediasının əsas mövzusudur
08 Oktyabr 2025 16:31 Baku TV-yə xəbərdarlıq edildi
03 Oktyabr 2025 14:05 Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlər müəyyənləşdirilib
03 Oktyabr 2025 12:55 

Bakı -°C 












