Yaxın Şərqdə sülh yaranacaqmı? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
389 | 2025-10-14 12:36

Dünən Misirdə Yaxın Şərq münaqişələrinin həlli yolunda kompleks sənədlərin imzalanması,  bu bölgədə əmin-amanlıq yaranacağına ümidləri artırır.  İndi, ABŞ prezidenti Donald Trampında dediyi kimi, regionun bütün dövlətləri bu yolda birləşməli və prossesi sona çatdırmalıdırlar.

İsrail və Misirə səfərlərini başa çatdıran Ağ Evin rəhbəri, Yaxın Şərq dövlətlərinə səslənərək, vəziyyətin Qəzza bölgəsi çərçivəsindən çıxdığını, bölgədə sülhə və əmin-amanlığa nail olmaq üçün birləşməyə və prossesi başa çatdırmağa çağırdı. 

"Yaxın Şərq  ölkələri regionda sülhə nail olmaq üçün, uzücü  və çətin anlar yaşayıblar. İndi birləşməli və məsələni sona çatdırmalıdırlar. Qəzza yalnız münaqişələrin bir hissəsi idi, Əsas məsələ Yaxın Şərqdə sülhə nail olmaqdır"- deyə Donald Tramp özünün Truth Social şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladırıq ki, Şarm-əş Şexydə keçirilən "Sülh sammitində" ABŞ, Türkiyə, Qətər və Misir liderləri, Qəzza bölgəsində atəşin dayandırılması ilə bağlı yekun sənəd imzalayıblar. 

ABŞ prezidentinin Yaxın Şərqə stabillik gətirmək cəhdləri bəhrəsini verməkdədir. İsrail və Fələstinin HƏMAS təşkilatı nəhayət ki, atəşin dayandırılması və girovların qaytarılması ilə bağlı razılığa gəliblər. Dünəndən girovların və əsirlərin dəyişdirilməsi prossesi başlayıb. Ümidvar ki, tərəflərdən heç biri atəşin dayandırılması ilə bağlı razılaşmanın şərtlərini pozmayacaq.

Vəziyyətin nizamlanmasında ABŞ prezidentinin birbaşa iştirakı göz qabağındadır. Donald Tramp Yaxın Şərqdə stabilliyin yaranması üçün demək olar ki, nüfuzunu ortaya qoyub. Çətinliklərə baxmayaraq, o, sonadək çalışdı və tərəflər arasında  atəşin dayandırmasına nail oldu. 

İndi, əsas plan İsrail və Fələstin arasında keçid dövrü üçün bir sıra məsələlərin həm İsrailin, həm də Fələstinin maraqlarına uyğun olaraq həllini başa çatdırmaqdır.  Qarşıda sülh proqramının ən çətin mərhələsi- Qəzzanın demilitarizasiyası və müharibədən sonra bölgənin idarəolunması mərhələsinin formalaşdırılması məsələsinin həll olunması dayanır. 

Sammit iştirakçıları əmin edirlər ki, dünya ictimayyəti prossesi sona çatdırmaq üçün bütün imkanlarından istifadə edəcəklər. 

Sülh yolunda atılan addımlar bölgədə stabilliyin yaranacağına ümid verir.  Hələki, İsrail və Fələstinin HƏMAS təşkilatı, razılaşmanın bütün şərtlərinə əməl edəcəklərinə söz veriblər.

 Sadəcə olaraq, inamsızlıq yarada biləcək məsələ, sammitdə İsrail, HƏMAS və İranının nümayəndələrinin iştirak etməməsidir. 

 

TƏQVİM / ARXİV