“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır.
Adalet.az lent.az-a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda, 30 noyabr 2026-cı ildən isə iOS 15.5-dən əvvəlki versiyalarda "WhatsApp" dəstəklənməyəcək.
"iPhone" istifadəçiləri üçün bunun ciddi problem yaratması gözlənilmir. Çünki iOS 15.1-i dəstəkləyən bütün cihazları iOS 15.5 və ya daha yeni versiyaya yeniləmək mümkündür.
Android cihazlarda isə minimum tələb Android 5.0 "Lollipop"dan Android 6.0 "Marshmallow"a yüksəldilir. Bu yeniləməni qəbul edə bilməyən köhnə cihazların sahibləri "WhatsApp"dan istifadəni davam etdirmək üçün yeni telefona keçməli olacaqlar.
"WhatsApp" dəstəyini itirəcək modellər arasında aşağıdakılar göstərilir:
Samsung Galaxy S4
Samsung Galaxy Note 3
Samsung Galaxy Grand Prime
Samsung Galaxy Alpha
Samsung Galaxy E5
Samsung Galaxy E7
HTC One Max
HTC Desire 820
HTC Desire 626
Sony Xperia Z
Sony Xperia ZR
Sony Xperia SP
LG G2
Asus ZenFone 4
Asus ZenFone 5
Asus ZenFone 6
Xiaomi Mi 4i
Xiaomi Redmi Note 2
Huawei Ascend P7
Huawei Mate 7
Huawei G7
Digər Xəbərlər
28 Oktyabr 2026 07:14
Bu şəxslərə “ChatGPT” istifadə etməyi yasaqladılar
27 Oktyabr 2026 16:27
Bu şəxslərin sosial şəbəkə paylaşımları nəzarətdə olacaq
26 Oktyabr 2026 11:04
“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin
25 Oktyabr 2026 12:55


Bakı -°C

