adalet.az header logo
  • Bakı -°C
09 Sentyabr 2026 07:12
50
DÜNYA
A- A+

Ayı Yerin yeddinci qitəsi adlandırdı

Rusiya Kosmik Tədqiqatlar İnstitutunun elmi rəhbəri, akademik Lev Zelyonıy Ayın elmi və praktiki baxımdan Yerin yeddinci qitəsi hesab oluna biləcəyini bildirib.

Adalet.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Alimin sözlərinə görə, bu müqayisə zarafat deyil, alimlər və diplomatlar artıq uzun müddətdir bu məsələ ilə məşğuldurlar.

O qeyd edib ki, Yerin təbii peyki hələ də kifayət qədər öyrənilməyib və mənimsənilməyib:

“Aya çatmaq hələlik Antarktidaya getməkdən çətindir, lakin hər şey çox sürətlə dəyişir. Ay zəngin resurslara malikdir. Xüsusilə cənub və şimal qütb ərazilərindəki su buzu ehtiyatları böyük əhəmiyyət kəsb edir. Sudan əldə olunan hidrogen və oksigen raket yanacağı üçün ən yaxşı komponentlərdəndir. Bu resurslar həm Ayın mənimsənilməsi, həm də Günəş sisteminin digər obyektlərinə uçuşlar üçün istifadə edilə bilər”.