adalet.az header logo
  • Bakı -°C
09 Sentyabr 2026 06:32
40
DÜNYA
A- A+

İrana məxsus 5 neft tankeri məhv edildi - VİDEO

ABŞ İrana məxsus beş neft tankerini məhv edib.

Adalet.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“CENTCOM qüvvələri sentyabrın 8-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə ballistik raketlərlə iki dəfə hücum etməsindən sonra İrana məxsus beş neft tankerini məhv edib, - deyə bildirilib.

CENTCOM-un məlumatına görə, Oman körfəzində yerləşən “Kaviz”, “Charminar”, “Horizon 1” və “Riesco” tankerləri, eləcə də Xark adası yaxınlığındakı “Derya” gəmisi zərbələrə məruz qalıb.