Mən bu mövzuda dəfələrlə yazılar qələmə almışam. Düşünmüşəm ki, onlar haqqında , daha doğrusu, yaxşı həkimlər barəsində həmişə həqiqəti yazmaq bizim borcumuzdur.
Niyə? Çünki yaxşı həkimlər bir mələyə bənzəyirlər.Xəstələrin ən ağır anında onlar köməyə gəlir və həkimlər xəstəni ölümün pəncəsindən alırlar. Başqa sözlə demiş olsaq, Allahla xəstə arasında vasitəçidir.
Yəni həkimlər Allahın yer üzünə göndərdiyi mələklərdir! Bu yaxınlarda bir qonşum - uzun illər rus dili və ədəbiyyatı müəllimi işləmiş və indi təqaüddə olan Xuraman Səməd qızı Rüstəmova böyrəyində yaranmış problemlə bağlı uroloq-cərrah , gözəl insan Kamran Əkbərova müraciət edib. Kamran həkimə Xuraman xanımı müayinə edəndən sonra qəti qərara gəlib ki,mütləq onun böýrəyində təcili əməliyyat aparılmalıdir, sonra gec olar! Xanımı Kamran həkim əməliyyata götürür və cərrahiyyə əməliyyatı uğurla başa çatır.
Xuraman Rüstəmova deyir ki, mənə həyata qaytardıgına görə, Kamran Əkbərova və onun komandasına minnətdaram. Onlar mənə elə qayğı və diqqət göstərdilər ki, bu heç vaxt yadımdan çıxmayacaq! Düşünürəm ki,Azərbaycan səhiyyəsində Kamran müəllim kimi insanlar nə qədər çox olsa, xalqımıza bir o qədər xeyir olar və həkimlərin nüfuzu millətimizin arasında daha da yüksələr.
Bir daha məni həyata qaytardıqlarına görə, Kamran həkim başda olmaqla bütün həkim personallarına təşəkkür eləyirəm!
Həkimlər Allah-təalanın yer üzünə göndərdiyi mələklərdir! Nə yaxşı ki, bu mələklər var! Və həmin mələklərdən biri də uroloq-cərrah Kamran Əkbərovdur! Allah belə həkimlərimizi qorusun!..