Siyəzəndə FACİƏ: İynə vurulan 1 aylıq körpə öldü

90 | 2025-08-11 11:15

Siyəzəndə bir aylıq körpə iynədən ölüb.

Adalet.az Lent.az-a istinadən xəbər verir ki, Siyəzən şəhər sakini, bir aylıq Əli Aqşin oğlu Novruzova iynə vururulub. İynədən sonra körpə ölüb.

Uşağın babası Camal Novruzov hüquq-mühafizə orqanlarına bununla bağlı şikayət edib.

Şikayətçi ərizəsində həmyerlisi 1958-ci il təvəllüdlü Mənsurə Cəlal qızı Ağayevanın onun nəvəsi Əli Aqşin oğlu Novruzova iynə vurmasını, nəticədə nəvəsinin ölməsini bildirib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

TƏQVİM / ARXİV