Kürün sahilində xüsusi tunel hazırlayaraq çətənə bitkisi yetişdirdi - VİDEO

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Kür çayının rayonun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Fərrux İmanov saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 53 ədəd çətənə kolu və 8 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
F.İmanov həmin bitkilərə qulluq edən zaman ətraf ərazilərdən görünməməsi üçün xüsusi tunel hazırlayaq oradan istifadə edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Bakıda DƏHŞƏTLİ QƏTL: Meyit doğranaraq Ağsuda dağlıq əraziyə atılıb - YENİLƏNİB

Qanunsuz silah-sursat aşkarlandı

“lnstagram”da tanış olduğu iranlı tərəfindən narkokuryerliyə cəlb edildi - VİDEO

Polis 23,1 kq narkotik aşkarladı

Sumqayıtda evdən 45 min manat oğurladılar - Yerinə etibarsız əskinaslar qoydular

Daşkəsəndə qardaşın bacısını baltalamağının səbəbi məlum oldu - YENİLƏNİB

Azərbaycanda bir gündə 45 nəfər saxlanıldı
