adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Sevinc Unusdu

20333 | 2012-06-23 08:37
Deyəsən pəncərəsini döyürdü durna səsi. Açdı pəncərəsini. Yellənə-yellənə icəri düşən durna lələyini götürdü. Ürəyi çırpındı. Lələk dil acdı:
   
   
   
   Bu gün sonuncu gündü,
   
   Səhərə səfətim var.
   
   Üzü sənə yol gedən,
   
   Səfərə səhərim var.
   
   
   
   Bu gün səfər günüdü,
   
   Bu gün- addamac günü.
   
   Tənha qoyub gedirəm,
   
   Bu ac-yalavac günü.
   
   
   
   Bu gün sonuncu gündü,
   
   Səhərə çıxa bilsəm,
   
   Ölməkdən asan nə var,
   
   Səfərə çıxa bilsəm.
   
   
   
   Bu səfərdən saxlamaz,
   
   Nə söz, nə də saz məni.
   
   Sevib unutmaq üçün,
   
   Yaddaşına yaz məni.
   
   
   
   Bu durnasından gələn naməydimi? Dodağı səyridi:
   
   
   
   Bu gün sonuncu gündü,
   
   Səhərə səfərim var,
   
   Yoluma yol yoldaşı,
   
   Yol boyda qəhərim var.
   
   
   
   Yolum da əzablıdı,
   
   Səhərdən ayaqdayam.
   
   Sənə uzaqdı könlüm,
   
   Atılmış varaqdayam.
   
   
   
   Yığdım xatirələri,
   
   Kiçik bir çemodana,
   
   Səni qorusun deyə,
   
   Əl açdım yaradana.
   
   
   
   Bu gün sonuncu gündür,
   
   Günəş tək çıxa bilsəm,
   
   Səhərə ümidim var,
   
   Gecəni yıxa bilsəm.
   
   
   
   Yavaş- yavaş səhər açılırdı İncə dərəsində. Bu səfəri gözləyəcək, bu səhəri gözlədiyi kimi. Səhərin mehi əsdi. Durna lələyini yerindən oynadıb hara apardı külək? Sevincin sevinci hara uçdu görəsən?
   
   
   
   Göz yaşını silib göyün,
   
   Duman apardı, apardı.
   
   Ümid dolu namələri,
   
   Güman apardı, apardı.
   
   
   
   Külək yaladı ocağı,
   
   Çatıb qaladı ocağı.
   
   Çapıb taladı ocağı,
   
   Uman apardı, apardı.
   
   
   
   Yayın qarı qışınnan sərt,
   
   Yum gözünü, üzünü ört.
   
   Bir gecəyə birləşib, dörd
   
   Yalan apardı, apardı.
   
   
   
   Göy üzünə qalxan lələk onun gözlədiyi durnaya dönüb oxumağa başladı:
   
   
   
   Göy üzü bulud-bulud,
   
   Di gəl ki, yağkır umud.
   
   Unut, gəl məni unut,
   
   Unut, unudum səni.
   
   
   
   Üzünü köçüb gedən durnasına, bir də qan içindən doğulan günəşə tutub pıçıldadı:
   
   
   
   Unut, sonuncu namə
   
   Yazıldı, könlüm, daha.
   
   Bu gecə yuxum belə
   
   Yozuldu, könlüm, daha.
   
   
   
   Başıma döndü kədər,
   
   Nə var ki, bundan betər?
   
   Gözümə xatirələr
   
   Düzüldü, könlüm, daha.
   
   
   
   Yağma, yağma bulut, get,
   
   Ağlar gözü qurut, get.
   
   Bu sevdanı unut, get,
   
   Üzüldü könlüm daha.
   
   
   
   Bu bir sevda nağılıydı. Gecəni səhərə qədər oxuyan bir bülbülün sevda nağılı. Uçub getdi Sevincin durna qanadlı dərd adlı sevgilisi. Dərdi unudacaqmı Sevinc? Bilmirəm.Amma unutmaq istəyir deyəsən:
   
   
   
   Hönkürüb dənizlərə,
   
   Axıb, unutdun səni.
   
   Gözündəki gözlərə,
   
   Baxıb, unutdum səni...
   
   
   
   Baş götür, baş götür qaç,
   
   Unut, çiçəklən, gül aç.
   
   Kədərin başına tac-
   
   Taxıb, unutdum səni.
   
   
   
   Alışdı köz içimdə,
   
   Qaldı bir söz içimdə.
   
   Özümü öz içimdə,
   
   Yaxıb, unutdum səni.
   
   
   
   Hörmətli oxucular, sizlərə təqdim etdiyim bu orijinal, maraqlı şeir nümunələri İncə dərəsindən pərvazlanan istedadlı, gənc şairə Sevinc Unusdunun şeirləri idi. Mən bu mənzərəni akvarellə işləməyə çalışdım. Rəssamlar yaxşı bilirlər ki, akvarellə işlənilən əsər qısa bir zaman kəsiyində, bir nəfəsə işlənir. Mən də bu yazını İncə Dərəsində bir bülbülün eşqinə köklənib, səhər açılıncaya qədər işləyib qurtardım. Sevinc xanım məni özünə ustad hesab edir. Belə qəbul edə bilərəm. Atası İsrail müəllim Gəncəyə gəlib, qızının şeirləriylə tanış olmağımı, fikrimi söyləməyimi xahiş etdi. Səmimi olaraq deyim ki, Sevincin səsini, nəfəsini duydum, içimdə bir sevinc də boy atdı ki, İncə dərəsindən başlanan bu poeziya yolunun yeni yolçuları pərvazlanır. Sevincin mənə gətirdiyi şeirlə əslində şeirin şəkilləri idi. Gördüm ki, ruhu, eşqi və nəfəsi var bu gənc xanımın. Bir neçə xırdaca məsləhətdən sonra o artıq şeirin şəkilini yox, özünü yarada bildi. Özününkünü yarada bildi. Mənim Sevinc Unuslunun ( İncənin Aslanbəyli kəndində Unusduöyü adında böyük və sayılıb-seçilən bir şəcərənin yetirməsi olduğuna görə "Ynusdu"-nu özünə təxəllüs kimi yaraşdırıb) yaradıcılığına çox böyük ümidlərim var. Təki bu yolda büdrəməsin, ruhunu, səsini, sözünü qoruya bilsin. Bu yazdığım mənzərə isə eyni zamanda Sevinc xanımın nəğmələriylə poeziya sevərlərin arasında bir körpü ola bildisə, nə mutlu mənə.
   
   İncə dərəsində qonaq qaldığım bağlı- bağatlı evin pəncərəsindən bir də boylandım göy üzünə. Bülbül hələ də oxuyurdu. Dan üzü yavaş- yavaş qızarır, yuxusunda Allahı görən quşlar oxuya-oxuya yuxudan oyanırdılar. Mən də o bülbulə qoşulub yatmamışdım səhərəcən. Yatsaydım mən də Allahı yuxuda görərdim bəlkə. Hökmən Allaha yalvarardım ki, Sevincin durnası ilk baharla geri dönsün. Deyəsən dualarımı eşitmişdi Tanrım.
   
   Deyəsən pəncərəsini döyürdü durna səsi. Açdı pəncərəsini. Yellənə-yellənə icəri düşən durna lələyini götürdı. Ürəyi çırpındı.
   
   Lələk dil acıb pıçıldadı:
   
   
   
   Bu gün sonuncu gündü,
   
   Səhərə səfərim var.
   
   Üzü sənə yol gedən,
   
   Səfərə səhərim var.
   
   
   
   Bu gün səfər günüdü,
   
   Bu gün- addamac günü.
   
   Tənha qoyub gedirəm,
   
   Bu ac-yalavac günü.
   
   
   
   Bu gün sonuncu gündü,
   
   Səhərə çıxa bilsəm,
   
   Ölməkdən asan nə var,
   
   Səfərə çıxa bilsəm.
   
   Bu səfərdən saxlamaz,
   
   Nə söz, nə də saz məni.
   
   Sevib unutmaq üçün,
   
   Yaddaşına yaz məni.
   
   
   
   Bu durnasından gələn naməydimi? Dodağı səyridi:
   
   
   
   Bu gün sonuncu gündü,
   
   Səhərə səfərim var,
   
   Yoluma yol yoldaşı,
   
   Yol boyda qəhərim var.
   
   
   
   Yolum da əzablıdı,
   
   Səhərdən ayaqdayam.
   
   Sənə uzaqdı könlüm,
   
   Atılmış varaqdayam.
   
   
   
   Yığdım xatirələri,
   
   Kiçik bir çəmədana,
   
   Səni qorusun deyə,
   
   Əl açdım yaradana.
   
   Bu gün sonuncu gündür,
   
   Günəş tək çıxa bilsəm,
   
   Səhərə ümidim var,
   
   Gecəni yıxa bilsəm.
   
   
   
   Yavaş-yavaş səhər açılırdı İncə dərəsində. Bu səfəri gözləyəcək, bu səhəri gözlədiyi kimi. Səhərin mehi əsdi. Durna lələyini yerindən oynadib hara apardı külək? Sevincin sevinci hara uçdu görəsən?
   
   
   
   Göz yaşını silib göyün,
   
   Duman apard, apardı.
   
   Ümid dolu namələri,
   
   Güman apardı, apardı.
   
   
   
   Külək yaladı ocağı,
   
   Çatıb qaladı ocağı.
   
   Çapıb taladı ocağı,
   
   Uman apardı,apardı.
   
   
   
   Yayın qarı qışınnan sərt,
   
   Yum gözünü, üzünü öpt.
   
   Bir gecəyə birləşib, qörd
   
   Yalan apardı, apardı.
   
   
   
   Göy üzünə qalxan lələk onun gözlədiyi durnaya dönüb oxumağa başladı:
   
   
   
   Göy üzü bulud-bulud,
   
   Di gəl ki, yağmır umud.
   
   Unut, sən məni unut,
   
   Unut, unudum səni...
   
   
   
   Üzünü köçüb gedən durnasına, birdə qan içindən doğula günəşə tutub pıçıldadı:
   
   
   
   Unut, sonuncu namə
   
   Yazıldı, könlüm, daha.
   
   Bu gecə yuxum belə
   
   Yozuldu, könlüm, qaha.
   
   
   
   Başıma döndü kədər,
   
   Nə var ki, bundan betər?
   
   Gözümə xatirələr
   
   Düzüldü, könlüm, daha.
   
   
   
   Yağma, yağma bulut, get,
   
   Ağlar gözü qurut, get.
   
   Bu sevdanı unut, get,
   
   Üzüldü könlüm daha.
   
   
   
   Bu bir sevda nağılıdi. Gecəni səhərə qədər oxuyan bir bülbülün sevda nağılı. Bir durna lələyinə dönüb, uçub getdi Sevincin durna qanadlı dərd adlı sevgilisi. Dərdi unudacaqımı Sevinc? Bilmirəm. Amma unutmaq istəyir deyəsən:
   
   
   
   Hönkürüb dənizlərə,
   
   Axıb, unutdum səni.
   
   Gözündəki gözlərə,
   
   Baxıb, unutdum səni...
   
   
   
   Baş götür, baş götür qaç,
   
   Unut, çiçəklən, gül aç.
   
   Kədərin başına tac-
   
   Taxıb, unutdum səni.
   
   
   
   Alışdı köz içimdə,
   
   Qaldı bir söz içimdə.
   
   Özümü öz içimdə,
   
   Yaxıb, unutdum səni.
   
   
   
   Qanına boyanmışdı karvan buludlar. Üfüqün üzündən qan köçhaköçdəydi. Ruhu göylərə tələsən qərib durnanın qanadlarında can köçhaköçdəykən son nəfəsini verirmiş kimi bir ağız oxuyub, səfindən aralandığı durnaların qatarına üz tutdu:
   
   
   
   Bu sevda necə yandı,
   
   Söndü elə, əlvida!
   
   Külə dönən arzular,
   
   Getdi yelə, əlvida.
   
   
   
   Əlvida deyib də göy üzündə dövrə vurdu, qanadlarını çırparaq bir nöqtəyə döndü. Yox oldu Sevincin xəyal adlandırdığı durnası. Yoxluğa qovuşdu. Varlıqdan qat-qat böyük olan, varlıqdan qat- qat var olan yoxluğa...
   
   Nəmli gözlərini ovuşdurub bütün bu olanların xəyal və ya gerçək olmasını anşırmağa çalışdı. Əlvida deyib yoxluqda qeyb olan durnasının lap ilk baharda oxuduğu nəğməsi yadına düşdü. Onda gerçəkliyə uçub gələn durna qatarı Sevincə bahar təravətli ümidlər gətirmişdi. Amma bu ümidlərin içində bir ayrılıq nisgili də varıydı:
   
   
   
   Hayıf ki, bu sevdanın,
   
   Sonunda ayrılıq var.
   
   Biz ayrılıb tükəndik,
   
   Sevinsin ayrılıqlar.

TƏQVİM / ARXİV