Oktyabrın 1-dən noyabrın 1-dək respublika ərazisində " Təmiz hava" aylığı keçiriləcək!
Bü gün dünyanın ən böyük problemlərindən bir atmosferin çirkləndirilməsinin qarşısının alınmasıdır.
Təsadüfi deyil ki, bu məsələlər tək ekoloqları deyil, bəşəriyyəti,dünyanı düşündürən məsələdir. Çünki atmosferin çirkləndirilməsi bir çox sağalmaz xəstəliklərə, o cümlədən onkoloji xəstəliklərə münbit şərait yaradır. Ona görə də, atmosferin çırkləndirilməsimin qarşısının alınması üçün həm dünyada , həm də ölkəmizdə böyük proqramlar, layihələr həyata keçirlilr və dövlətimizdə həmişə bu işlərin gercəkləşdirilməsinə dəstək olur.
Həmin proqramlardan biri də hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ildə iki dəfə keçirdiyi " Təmiz hava" aylığıdır! Yeni tədbir isə hər iki nazirlik tərəfindən oktyabrın 1-dən noyabrın 1-dək respublika ərazisində keçiriləcək! Bu məqsədlə öncədən ayrı - ayrı qurumların ,hüquqi, vəzifəli , fiziki şəxslərin maarifləndirilməsi işlərinə öncədən start verilib. Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki müfəttişlik şöbəsinin əməkdaşları " Təmiz hava" aylığı ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirilir.
Belə onlar ayrı- ayrı yerlərdə olur, hüquqi, vəzifəli, fiziki şəxslərlər təbliğat xarakterli söhbətlər aparır, aylıq ərzində onların üzərinə düşən vəzifələri xatırladır. Bir daha müxtəlif istehsalat, müəssisə sahələrinin diqqətinə çatdırılır ki, təmiz havamızı qorumaq üçün hər bir vəzifəli şəxs üzərinə düşən missiyanı yerinə yetirməyə borcludur.Heç şübhəsiz ki, belə maarifləndirici söhbətlərin hər yerdə aparılması ümumi işə müsbət təsir edir. Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki müfəttişlik şöbəsinin rəisi, polis polkovniki Xaləddin Əzimov bizimlə söhbətində bildirdi ki, biz ildə iki dəfə " Təmiz hava" aylığının yüksək səviyyədə həyata keçirilməsinə nail oluruq.
Bunun üçün isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyət göstəririk! Heç şübhəsiz ki, bu cür xalq və dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi ekologiyamızın, təmiz havamızı qorunmasında önəmli əhəmiyyət kəsib edir .Bir qayda olaraq " Təmiz hava" aylığından öncə maarifləndirmə işlərinə önəm veririk. Bu işdə bizə kütləvi informasiya vasitələrinin əməkdaşları yaxından kömək edirlər . Bununla yanaşı, atmosferə normadan artıq zərərli maddələr atan nəqliyyat vasitələri sürücüləri ilə , eləcə də həmin nəqliyyat vasitələrinin məxsus olduğu Məhdud Məsuliyyətli Cəmiyyətlərin rəhbərləri ilə təbliğat xarakterli söhbətlər aparılır.
Bununla yanaşı,YPX- nın stasionar postlarinda əməkdaşlarımız müxtəlif nəqliyyat vasitələrinin sürücüləri ilə söhbət edir, " Təmiz hava" aylığıda diqqətli olmaqları tövsiyə edilir. Bir daha sizinlə söhbətdən istifadə edərək nəqliyyat vasitələrinin sürücülərinə tövsiyə edir ki, indidən avtomobilindəki texniki nasazlıqları aradan qaldırsınlar. Və nasaz nəqliyyat vasitələrindən atmosferə normadan artıq zərərli qazlar atılmasın. Çünki "Təmiz hava" aylığı zamanı belə texniki cəhətdən nasaz nəqliyyat vasitələri yol polisinin stasionar postlarnda saxlanılacaq və onlar İnzibati Xətalar. Məcəlləsinin müvafiq maddəsi ilə 50 manat civarında cərimə ediləcəklər! Ona görə də bir daha sürücülərdən xahiş edirik ki, avtomobillərindəki texniki qüsurları vaxtında aradan qaldırsınlar!!!
Emil FAİQOĞLU


Bakı -°C
