"İranın nüvə bombası yaratmaq planı yoxdur".
Adalet.az xəbər verir ki, bunu "Fox News"a müsahibəsində İran prezidenti Məsud Pezeşkian deyib.
"Biz heç vaxt nüvə silahı əldə etməyə çalışmamışıq. Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT – red. ) riayət etmək istəyirik", - deyə prezident bildirib.
Sentyabrın 19-da İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ölkəsinin Əli Xameneinin nüvə silahının hazırlanmasını qadağan edən fətvasına əməl etməyə davam etdiyini və hələlik NPT-dən çıxmaq qərarına gəlmədiyini bildirib. O hesab edir ki, ABŞ və İsrailin hərəkətləri Tehranın NPT-dən çıxması üçün əsas yarada bilər.
Elə həmin gün Rezai həmçinin İran hakimiyyətinin Qətər vasitəçiləri vasitəsilə ABŞ ilə münaqişəyə son qoymaq üçün şərtlərini çatdırdığını və Prezident Donald Trampdan cavab gözlədiyini açıqlayıb. O, bu şərtlərə bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, dondurulmuş aktivlərin azad edilməsi və dəniz blokadasının qaldırılmasının daxil olduğunu bildirib.


Bakı -°C
