adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Qarapaltarlı qızın sirri, erməni Barxudarın əsirliyi, qır qazanına dönən Qazançı...

REY KƏRİMOĞLU
22886 | 2013-01-22 12:18

Layihə:"Kəşfiyyatçının xatirələri"

Dost-tanışyaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara dahəmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlıbaş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər eləhey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları varki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxtyazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digərtərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasınaşəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalaninsanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərindəyaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməniişğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranmasıprosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədəntəsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənimbir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi busəhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gecdeyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, busəhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamiləoxunmaz hala gəlmədən...

Növbətiikimərtəbəli bir evə daxil oluruq... Odun sobasının üstündə çaydan və qazanvar. Sobanın yanındakı qırmızı kərpicin üstündə isə çaynik qoyulub. Yeməkstolunun üstünə səliqəsiz süfrə salınıb, süfrədə siqaret qutusu və müxtəlif ərzaqlarvar. Divarın yanında rezin uzunboğaz çəkmə, bir az kənardakı şkafda 16 kalibrliov tüfənginin patronları yığılmış patrondaşı gözümüzə sataşır. Əlabbas mətbəxdəqoyulmuş qədimi su səhənginin dolu, ya boş olmasını yoxlamaq üçün səhəngisilkələyir:

- Nə yaxşıoldu, susuzluqdan ciyərim yanırdı.

Sonrasəhəngi yuxarı qaldırıb başına çəkir... Eldarın, "Ə, neynirsən? Zəhərliolar ey!" çağırışına məhəl qoymadan. Doyunca su içib, səhəngi yerə qoyur.Və bir anlığa əvvəlcə mənə, sonra Eldarabaxır:

- Eldar,Rey təcrübəsizdir, bizə baxanda hələ çox gəncdir, amma sən Əfqanıstanmüharibəsindən çıxmısan, belə şeyləri çox görmüsən. Açıq küçə döyüşləri gedir,hər an kimsə həlak ola bilər. Taleyin qismətidir, kim həlak olsa, onun meyitiniburada qoymayaq, yaxşımı?

Eldar Əlabbası qınayır:

- Ə,vallah, sənin başın xarabdı ey!

Ammaqapıdan çıxar-çıxmaz astadan əlavə edir:

- Düzdeyirsən!

Əvvəlkiqaydada döyüşə-döyüşə kəndin sonuncu evlərinə tərəf irəliləyirik... Növbəti evəyaxınlaşırıq. Ermənilər evi tərk edib binanın sağ tərəfindən kiçik ot tayasınınarxasına, sağ və sol tərəfinə çəkilir. Oradan bizi güclü avtomat və pulemyotatəşinə tuturlar. Biz dərhal ermənilərin atəş nöqtəsi ilə üzbəüz hasarınarxasında mövqe tuturuq.

Hasardeyəndə, bura eni 20-25 sm, hündürlüyü texminən 1 metr, uzunluğu 4-5 metr olanbetonun üzərinə çəkilmiş dəmir tordan ibarət bir yerdi. Hasarın arxasındaözümüzə etibarlı bir mövqe seçirik.

Artıqonların müqaviməti zəifləmiş,Əlabbasın sərrast atəşləri ilə xeylierməni cəhənnəmə vasil edilmişdi, amma nə qədər çalışsaq da, ermənilərin atəşnöqtəsini tam susdura bilmirdik. Bu zaman Əlabbas deyir ki, kaş yanangüllələrimiz, ya da fişəngimiz olaydı, ot topasını yandırardıq, dığalar da üzəçıxardı... Qəflətən arxadakı evdən atəş səsi gəlir... Ani olaraq güllələrvıyıltı ilə sağımızdan, solumuzdan keçərək beton hasara dəydikcə hasardan tozqalxır. Qəfil mənə bitişik uzanmış Əlabbasın səsini eşidirəm:

14-cü yazı

Qazançı döyüşü (ardı)

-Uyy...məni vurdular!

Mən solaçevriləndə Əlabbas halsız vəziyyətdə qollarımın üstünə düşdü. Rəngi ağarıb...Başını azacıq qaldırıb nəsə demək istəyir... Səsi xırıldayır, heç nə deyəbilmir. O, başı sinəmə dayanmış vəziyyətdə elə bil donub qalıb. Əlimi sifətinəvururam, sifəti buz kimidi... Tez əlimlə başını yoxlayıram, qan yoxdu, deməli,yarası da yoxdu... Hərbi mundirinin yaxasını açıram, sinəsində də yara yeriyoxdu. Əlimlə kürəyini yoxlayıram, yenə güllə yarası tapılmır. Lənətə gəlmişgüllə axı buna haradan dəyib?! Bu arada tez-tez ayağıma ilişən elektrik naqiliağlıma gəlir:

- Yəqin,Əlabbasa güllə dəyməyib, onu "tok" vurub!

Axı kəndin bütün elektrik naqilləri qırılıbyerə tökülüb. Yanan evlər isə qarı əridib deyə yer tamam palçıqdı. Özümüz dəsuyun palçığın içindəyik. Yəqin yerə düşən elektrik naqillərindən birinə toxunub.Üzümü Eldara tuturam:

- Eldar,yəqin Əlabbası "tok" vurub?!

Eldarqayıdır ki, Əlabbasa güllə dəyib, o, həlak olub! Bu dəfə elə bil məni"tok" vurur! Necə yəni həlak olub?! Özümdən asılı olmayaraq ayağadurub, avtomatı ermənilərin atəş nöqtəsinə tərəf tutub söyə-söyə, bağıra-bağıraatmağa başladığımı sonralar xatırladım. Eldar deyir ki, heç yanımdan ötüb-keçəngüllələr vecimə də deyilmiş... Eldar məni dartıb yerə yıxdığını, hətta özüməgəlmək üçün mənə çəkdiyi bir-iki silləni də indi xatırlayıram.

Əlabbashəlak olmuşdu! Eldar, Məhəmməd bir də mən böyük çətinliklə Əlabbasın cəsədiniQazançının ortasına qədər gətirə bildik. Döyüşün əməliyyat qərargahı kəndinmərkəzinə köçürülmüşdü. Burada Kərim Cəlilovu, Telman Bağırovu, gəncəsgər-həkim Müşfiqi və digərlərini gördük. Ermənilər buranı ardıcıl atəşaltında saxlayırdı...

Müşfiqədedim ki, Əlabbasın ölüb-ölmədiyini dəqiqləşdirsin. O, Əlabbasın cəsədinəgörəndə bərkdən ağlamağa başladı, anlaşılmaz sözlər deyib qışqırırdı. Eldarınüsulundan istifadə edərək onu sillələdim, yaxasından tutub möhkəmcə silkələdim,üstünə qışqırıb özünə gətirmək istəyirdim. O sakitləşdi, amma bu dəfə dəkeyləşib qalmışdı. Eləcə üzümə baxırdı... Əlabbasın cəsədini götürüb kəndinayağına tərəf getməyə başladıq, bu zaman dağlara çəkilmiş ermənilər bizi atəşətutdu. Məcbur olub yaxınlıqdakı çaya tullandıq. Əlabbasın paltarı qarın,palçığın içində olduğundan cəsədi daha da ağırlaşmışdı, aparmaq çətin idi.

Ziyad çayınkənarındakı ağaclardan iki böyük budaq kəsdi, kəmərlərimizlə ağacları üç yerdənbir-birinə bağlayaraq xərək düzəltdi Əlabbasın cəsədini xərəyə qoyub oradançıxartdıq. Onun cəsədini çox böyük çətinliklə güllə yağışı altından çıxardıq!Cəsədi yuyulanda məlum oldu ki, güllə Əlabbasın sağ qolunun altından girib,gedib ürəyini parçalayıb sinəsində qalmışdı. Məzarı da Ağdamdadır Əlabbasın,Ağdamdakı şəhidlər xiyabanında...

Qeyd:Əməliyyat başlanmasına az qalmış Əlabbasaxırıncı dəfə rabitə ilə əlaqəyə çıxıb son məlumatını verib. Məlumatın sonundaaçıq mətnlə zarafatla qızlara bunu deyib: "Bərk acmışam..." Rabitəçiqızlar Əlabbas şəhid olandan sonra danışıqların stenoqramı yazılan jurnalda"Dağlının məlumatı" sətirlərində boş qalan yerə SON sözünü əlavəetmişdilər. Qeyd belə alınmışdı: "Dağlının SON məlumatı".

Ölümündənsonra Əlabbas İsgəndərova Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Qazançıdöyüşü: başqa istiqamətdə baş verənlər

Qazançıdöyüşünün digər cinahlarında baş verənləri isə mənə kəşfiyyat dəstəsininkomandiri Əkbər Məmmədov, Xıdırlı rotasının komandiri Elbrus Mustafayev, kəşfiyyatçılarHəsən Mehdiyev, Rafiq Kərimov və digər döyüşçü dostlarım danışıblar.

Döyüşbaşlayanda kəşfiyyat dəstəsinin komandiri Əkbər dəstəsinin digər üzvləri - Mehdiyev Həsən, Kərimov Rafiq (Çantos ) iləQazançının qəbiristanlığından sol tərəfə hərəkət etdilər. Amansız küçədöyüşündə ilk Həsən yaralandı. Ermənilər onu ayağından vurmuşdu... Rafiq Həsəni bağrına basıbyuvarlana-yuvarlana döyüş meydanından çıxaranda Həsən ikinci dəfə ayağındangüllə yarası aldı. Həmişə şən, hazırcavab olan Həsən bu dəfə də öz zarafatındanqalmadı. Onun yaralı halda erməniyə səslənməsi indi də keçmiş döyüşçülərarşında bir lətifə kimi danışılır.

"Ayə, ay erməni!.."

İkinci dəfəgüllə yarası alan Həsən Rafiqə qayıdıb deyir ki, ayə, sən canın bir dəqiqədayan! Elə Rafiqin qollar üstündəcə güllə atılan tərəfə səslənir:

- Ayə, ayerməni! Ay qurumsaq, nədi, gözün elə təkcə məni görüb? Ayrı adam yoxdur burdaatasan?!

Həsənidöyüş meydanından çıxarıb geri qayıdan Rafiq qəflətən erməni ilə rastlaşır.Qarşılaşan kimi erməni Rafiqə atəş açır və vurur. Güllə Rafiqin sinəsinin sağtərəfindən dəyir. Bu arada qeyd edim ki, ermənilər də bizim kimi sovet hərbimundirində olduğundan bəzən döyüş meydanında qarşılaşanda onları səhv salırdıq.Erməni onu vuranda Rafiq də ani olaraq elə bilib o, bizim əsgərlərdəndir. Vəqayıdıb deyib:

- Ə,qardaş, nağayrırsan? Məni öldürmüşdün ki...

O, son andaanlayıb ki, bu ermənidir və dərhal da ermənini vurub.

Ermənibaşından ölümcül yaralanır. Rafiq isə ani olaraq huşunu itirir və böyük birağacın budağı üstünə yıxılır. Əkbər Rafiqi ağacın budağı üstündə yırğalanangörüb, elə bilib yellənir orada. Öz-özünə Rafiqin qarasına deyinib ki, bununkefinə bax ey, burada qan su yerinəaxır, bu da özü üçün yellənir. Yalnız Rafiqin ayağa durmaq istəyərkən yenidənyıxıldığını və onu qan apardığını görəndə anlayıb ki, o, yaralıdır. ƏkbərRafiqin yarasını sarıyarkən yerdə can üstə olan erməni yalvarıb deyib ki, onunda yarasını sarısın, qoymasın ölməyə. Uşaqlar sonradan erməninin avtomatınıyoxlayanda görüblər ki, avtomatın qoruyucusu tək-tək atılmaya qoyulub,avtomatik rejimdə olsaymış, Rafiq də həlak olmuşdu.

Batalyonumuzunilk könüllü tibb bacısı Diləfruz da bu döyüşdə ağır yaralandı. Başqa biristiqamətdə gedən döyüşdə Bağbanlar, ya da Saybalı kəndindən olan Əliyə - onaAlik deyirdilər - ilk tibbi yardım göstərəndə Diləfruzu vurdular. Əlinin birayağı onsuz da axsayırdı, bu dəfə salamat ayağından yaralanmışdı. Onun ayağınıdizləri üstə alıb sarıyarkən güllə Diləfruza dəymişdi. 20 il əvvəl aldığı oyaradan hələ də özünə gələ bilməyib Diləfruz.

Digərcinahda isə Baratı vurdular, xıdırlı Baratı. Elbrus danışır ki, Baratı birerməni qadının arxasında gizlənmiş erməni döyüşçü vurub. Düz beş güllə Baratınürəyinə dəyərək, sinəsində balaca dairə şəkli çəkmişdi. Ürəyinin üstündə həmingüllələrin yeri qalmışdı...

ŞiraslanQazançının girəcəyində BRDM-də minaya düşərək həlak oldu...

AğdamınSaybalı kəndində olan iki dost (həm də qohum idilər) Manafla Əyyub da budöyüşdə qəhrəmanlıqla şəhid oldular. Hər ikisi gözəl dam ustası idi, həmişəmənə deyirdilər ki, "Sənin Şıxbavalıdakı eviyin damını özümüzvurajıyıx". Çox təəssüf, nə onlar salamat qaldı, nə də mənim Şıxbabalıdakıevim.

Digərşəhidimiz isə Məmməd müəllim oldu. Məmməd Bağbanlarda hərbi hazırlıq müəllimiişləyirdi. Bağbanlar rotasının komandiri idi.

Maarifin ölümü və onun nakam sevgisi

Bu döyüşdəşəhid olan Maarif adlı dostumuzu xatırlayıram. Ağdamın Qiyaslı kəndindən idiMaarif və taborda xidmət edən "R" adlı bir qızla bir-birinisevirdilər. O qızın adını indi çəkmək istəmirəm. Ancaq Maariflə bir-birini çoxsevirdilər. Həmin gün biz əməliyyatagedəndə o qız başdan-ayağa qara geyinmişdi. Müğənni Nəzakət Teymurovanınbacısı Aida bizim taborda rabitədə işləyirdi. O da, digər qızlar da Maarifinsevgilisi qınadılar ki, "sən niyə qara geyinmisən, axı bu gün uşaqlardöyüşə gedir".

RəhmətlikMaarif hamıya "dayıoğlu", "dayıqızı" deyə müraciət edirdi.Qızların sevgilisinə irad tutmasını da zarafata saldı. Üzünü qıza tutub:

- Narahatolma, dayıqızı, inşallah, sağ-salamat döyüşə gedim, gəlim, Novruz bayramındasəni bu qızların tənəsindən qurtaracağam, - dedi.

Novruzdaonların nişanı olmalı idi...

Qazançıdöyüşündə Maarif həlak oldu. Səhv etmirəmsə, düz ağzından vurmuşdular Maarifi.Sevgilisi döyüşdən qayıdan hamının üstünə qaçıb Maarifi soruşurdu. Elə bilürəyinə dammışdı ki, Maarifə nəsə olacaq. Şəhidlərin hamısının üzü örtülü olsada o Maarifin cənazəsini uzaqdan tanıdı. Biz istəmirdik ki, qız sevgilisinincəsədini görsün. Ancaq mümkün olmadı, o, Maarifin cəsədi aparılan xərəyə tərəfqaçdı. Onu tutmağa çalışdıq, xeyri olmadı, əlimizdə çıxıb Maarifin cənazəsiniqucaqladı. Bir neçə kişi onu saxlaya bilmirdik.

Maarifinşəhid olması, cənazəsinin gətirilməsi, sevgilinin reaksiyası çox dəhşətliidi... Buna ürək dözməzdi, amma dözdük.

Həmin günbiz səkkiz oğul itirdik. Səkkiz oğul! Məmməd müəllimi (Ağdamın Bağbanlarkəndi), Manafı, Əyyubu (Ağdamın Saybalı kəndi), Hümbəti (Ağdamın Bağbanlarkəndi), Marifi (Ağdamın Qiyaslı kəndi), Baratı (Ağdamın Xıdırlı kəndi),Şiraslanı (Ağdamın cinli kəndi) və Əlabbas İsgəndərovu (Ağdamın Mollalarkəndi)...

Azərbaycanlıhumanizmi, yoxsa xəyanət?

...Dördtərəfdən kəndi mühasirəyə alıb ev-ev təmizləyərək mühasirə halqasınıdaraldırdıq. Amma bizim gözləmədiyimiz halda azərbaycanlılar yaşayan Manikkəndi tərəfdəki mövqeyimizdən (Orada əsasən Manik kəndindən olan döyüşçülərermənilərin çıxa biləcəyi yolları qoruyurdular) ermənilərə koridor verildi,təxminən 50 nəfərə yaxın erməni silahlısı oradan qaçıb sağ-salamat qurtarmışdı.Sonradan bu xəyanəti batalyonda hamı bildi. Məsələnin maraqlı tərəfi ondanibarət idi ki, ermənilərin başçısı olan Barxudarın həyat yoldaşı Manikkəndindən olan bir azərbaycanlı qadın idi. Hələ də bilmirəm, bunu azərbaycanlıhumanizmi hesab edim, yoxsa xəyanət?

Bu döyüşdəçoxlu itki verdi ermənilər, silah-sursatla birgə 15 nəfər də əsir götürdük.Əsir götürdüyümüz erməniləri, meyitləri Xocalıda əsir düşmüş insanlarladəyişdirdik. Əsir düşənlər arasında hələ sovet dönəmində ermənilərin separatçıməqsədləri üçün vəsait toplayan gizli təşkilatın - "Krunk"unfəallarından biri, həm Qazançının müdafiəsini, həm də azərbaycanlılar yaşayankəndlərə hücumları, qətlləri həyata keçirən Arutunyan Barxudar da var idi...

(Ardıvar)
[email protected]

TƏQVİM / ARXİV