Qaradağ və Nəsimi rayonlarında silah-sursat aşkarlandı

130 | 2025-05-15 12:23

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

Adalet.az xəbər verir ki, növbəti profilaktik tədbirlər nəticəsində Nəsimi rayonu ərazisində 2 şəxs 1 avtomat silahı, 1 tapança, 1 patron darağı və 20 patronu könüllü polisə təhvil veriblər.

Bundan başqa Qaradağ rayonu ərazisində polis əməkdaşları tərəfindən bir avtomat silahı tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

TƏQVİM / ARXİV